!zBaCXLuvDyrCZzvViK:matrix.org

Mübtəla olan şəriət məsələləri

10 Members
3 Servers

Load older messages


SenderMessageTime
24 Sep 2020
@fn:privacytools.iofn Sual: Fatihə surəsini səhv oxuyan adamın namazı batildirmi? Cavab: Kim həmd surəsinin qiraətini yerinə yetirə bilmirsə məgər ki səhv şəkildə və öyrənməyə imkanı yoxdursa əgər oxuduğu etimad olunan miqdarda olsa oxuduğu qiraəti kifayət edər. Əgər etimad olunan miqdar olmasa gərək düzgün oxuduğu miqdara quranın başqa hissəsindən əlavə etsin. Bunu da bacarmasa təsbih desin. "Subhanəllah" səhv oxuduğu miqdarda. Amma öyrənə bilən əgər hamısını öyrənmək üçün vaxt dar olsa, əgər etimad olunan miqdarda bəzisini öyrənsə (o cür ki bunun oxuduğuna quranın qiraəti deyilsin) kifayət edər. Əgər həmin miqdarı öyrənməsə quranın digər yerlərindən bu miqdarda oxuyacaq, əgərbunu da bilməsə təsbih kifayətdir. Və hər iki surətdə əgər öncə keçənlərə əməl etsə namazı səhihdir və iqtida etmək vacib deyil. Bəli, o kəs ki öyrənməkdə səhlənkarlıq etsə baxmayaraq ki deyilən şəkildə namaz səhih olur, lakin əzabdan qurtarmaq üçün ona vacibdir ki iqtida etsin. Bu hökm həmd surəsinə aiddir. Amma digər surə öyrənə bilməyənlərdə surə oxumaq boynundan düşür (vacib deyil). 12:32:55
@fn:privacytools.iofn Sual: Təkbirətul-ihramı düzdün oxuya bilməyən nə etməlidir? Cavab: Təkbirətul-ihram ərəb dilində _ maddə və həyyət baxımından_ yerinə yetirilməlidir. Cahili başqası təlqin etməlidir (yanında durub təkbiri tələffüz edir, ki namaz qılan o formada tələffüz etsin) və ya özü öyrənməlidir ˚1. Əgər imkan olmasa, hətta vaxtın dar olması səbəbi ilə, oxuduğu (bacardığı kimi) ilə kifayətlənəcək, səhv olsa belə, məgər ki mənanı dəyişməsin. Və əgər bundan da aciz olsa onun sinonimı ilə yerinə yetirəcək. Buna da aciz olsa tərcüməsi ilə kifayətlənəcək, arxrıncı ikisində ehtiyat vacibə əsasən. ˚1.Qeyd: Öyrənməyi tərk etsə günahkardır. 12:33:21
@fn:privacytools.iofn

Sual: Musiqiyə qulaq asmağın şəriət baxımından hökmü nədir? Hansı mahnılara qulaq asmaq olmaz?

Cavab: Ğinaya qulaq asmaq haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləib (oyun-oyuncaq, mənasız) məclislərinə münasib tərzdə avazla oxunan batil və mənasız sözlərdir. Musiqi də ləhv-ləib (oyun-oyuncaq, mənasız)) məclislərinə münasib olacaq tərzdədirsə, haramdır. (“Ləhv və ləib məclislərinə uyğun” dedikdə bu nəzərdə tutulur ki, musiqini və avazı eşidən şəxs – xüsusilə də bu barədə məlumatlı adam olsa – bu mahnının həmin məclislərində çalındığını və yaxud ona bənzər olduğunu müəyyən etsin.)

12:33:30
@fn:privacytools.iofn Sual: Hər hansı bir əməli yerinə yetirmək istəsəm, və bu əməlin mustəhəbb olması mənə məlum olmasa mustəhəbb niyyəti ilə yerinə yetirə bilərəm? Cavab: Bəzi vacib olmayan əməllərin mustəhəbb olması şəri cəhətdən sabit olmayıbsa həmin əməlləri yerinə yetirəndə rəca niyyəti ilə yerinə yetirmək lazımdır. Rəca niyyəti dedikdə savab əldə etmək ümüdi qəsdi nəzərdə tutulur. Müstəhəbb niyyəti ilə yerinə yetirmək caiz deyil. 12:33:57
@fn:privacytools.iofn Sual: Naməhrəm qadına salam verməyin məkruh olması sabit olub? Cavab: Məkruhdur. Məgər ki ortada bir şey (bərabər və ya üstünlük təşkil etmək cəhətdən) olsun salam verməyi tələb etsin. 12:34:07
@fn:privacytools.iofn Sual: Bir iş görmək istəyirəm, lakin həmin işin hökmünü bilmirəm (caizdir ya caiz deyil), bu işi görə bilərəm? Cavab: Bu kimi hallarda əgər təqlid etdiyin müctəhidin fətvasını əldə etmək mümkün olmasa ya ehtiyat edib tərk etməlisəm ya digər ələm muctəhidə muraciət etmək lazımdır. 12:34:22
@fn:privacytools.iofnRedacted or Malformed Event12:34:46
@fn_:matrix.org@fn_:matrix.org joined the room.13:20:56
28 Sep 2020
@fn:privacytools.iofnchanged room power levels.18:51:10
17 Oct 2020
@fn_:matrix.org@fn_:matrix.org left the room.08:11:19
9 Jan 2021
@asaoglu:matrix.orgآيخن علي joined the room.17:26:03
@muradali:matrix.orgmuradali joined the room.17:29:20
@muradali:matrix.orgmuradali set a profile picture.17:34:49
10 Jan 2021
@asaoglu:matrix.orgآيخن علي left the room.09:31:15
29 Jan 2021
@fn:privacytools.iofn set a profile picture.01:05:25
@fn:privacytools.iofn changed their profile picture.01:11:23
@fn:privacytools.iofn changed their profile picture.10:19:03
24 Apr 2021
@fn:privacytools.iofn changed their profile picture.10:28:54
@fn:privacytools.iofn changed their profile picture.10:30:00
16 May 2021
@fn:privacytools.iofn invited @fn_:systemli.orgfn_.16:15:51
@fn_:systemli.orgfn_ joined the room.16:16:24
@fn:privacytools.iofnchanged room power levels.16:19:12
30 Aug 2021
@fn:privacytools.iofn invited @sheyx:matrix.orgsheyx.12:34:22
@sheyx:matrix.orgsheyx joined the room.12:34:31
@fn:privacytools.iofnchanged room power levels.12:34:44
9 Jan 2022
@sheyx:matrix.orgsheyxMəsələ 28: Əgər iki nəfər müctəhidin fətvasını bir-birinə zidd şəkildə nəql etsə, onlardan birinin sözündən, cəm sübutları (ehtimallar) əsasında, əsl fətva olmasına dair itminan (arxayınlıq) hasil olsa işkal yoxdur. Əks halda (itminan hasil olmasa) fətvanı mütəhiddən öyrənmək mümkün olmadıqda ehtiyat etmək lazımdır və ya digər ələm muctəhidə muraciət etmək, ya fətva öyrənənə qədər həmin işi geciktirmək.19:03:04
@sheyx:matrix.orgsheyx* Məsələ 28: Əgər iki nəfər müctəhidin fətvasını bir-birinə zidd şəkildə nəql etsə, onlardan birinin sözündən, cəm sübutları (ehtimallar) əsasında, əsl fətva olmasına dair itminan (arxayınlıq) hasil olsa işkal yoxdur. Əks halda (itminan hasil olmasa) fətvanı mütəhiddən öyrənmək mümkün olmadıqda ehtiyat etmək lazımdır və ya digər ələm muctəhidə muraciət etmək, ya fətva öyrənənə qədər həmin işi gecikdirmək.19:03:22
14 Jan 2022
@sheyx:matrix.orgsheyx Sual: Bir adama bir iş gördürmüşəm (məsələn saçımı qırdırmışam, və ya taksi ilə bir yerə aparıb məni), lakin pul danışmamışıq onunla. Istədiyi məbləqi verməliyəm ona, hətta həddindən artıq olsa belə?
Cavab: Xeyir. Icarə pulunun miqdarını təyin etməmisizsə normal miqdarda icarə əvəzini (ücrətül-misl) həmin adama verməsi lazımdır. Məsələn: Sizin məntəqədə normal hallarda saçı 5 manat müqabilində qırxırlarsa siz da ona 5 ₼ versəniz kifayıt edir. Və ya Bakidan Lənkərana adətən 50 manata aparırlarsa siz da 50 manat versəniz kifayıt edir.
04:04:27
@sheyx:matrix.orgsheyx

Ayın əvvəlinin namazı

Məsələ 1846. Müstəhəb namazlardan biri də qəməri təqvimlə 
hər ayın ilk günü “ayın əvvəlinin namazı” adlandırılan iki rükət namazdır. Bu namazın qılınma qaydası belədir: namaz qılan bu namazın birinci rükətində Həmd surəsindən sonra otuz dəfə İxlas, ikinci rükətdə Həmd surəsindən sonra isə otuz dəfə Qədr surəsini oxumalı və namazdan sonra imkan daxilində sədəqə verməlidir. Bu namaz ayın ilk gününün istənilən vaxtında qılına bilər. Həmçinin, bu namazdan sonra aşağıdakı ayələrin oxuması müstəhəb sayılmışdır:
بسم الله الرحمن الرحيم وما من دابة في الأرض إلا على الله رزقها ويعلم مستقرها ومستودعها كل في كتاب مبين.
بسم الله الرحمن الرحيم وإن يمسسك الله بضر فلا كاشف له إلا هو وإن يمسسك بخير فهو على كل شيء قدير.
بسم الله الرحمن الرحيم سيجعل الله بعد عسر يسراً.
ما شاء الله لا قوة إلا بالله.
حسبنا الله ونعم الوكيل.
وأفوض أمري إلى الله إن الله بصير بالعباد.
لا إله إلا أنت سبحانك إني كنت من الظالمين.
ربِّ إني لما أنزلت إلي من خير فقير.
ربِّ لا تذرني فرداً وأنت خير الوارثين.
“Bismilləhir-rahmənir-rahim. Və mə min dəbbətin fil-ərzi illə ələllahi rizquhə, və yə'ləmu mustəqarrahə və mustəvdəəhə, kullun fi kitəbin mubin. Bismilləhir-rahmənir-rahim. Və in yəmsəskəllahu bizurrin fələ kəşifə ləhu illə huvə, və in yuridkə bixayrin, fələ raddə lifəzlihi, yusibu bihi mən yəşa u min ibədihi, və huvəl-ğafurur-rahim.
Bismilləhir-rahmənir-rahim. Səyəcəlullahu bə'də usrin yusra. Mə şə əllahu  lə həvlə və lə quvvətə illə billəhi. Həsbunəllahu və ni'məl-vəkilu. Və ufəvvizu əmri iləllah. İnnəllahə bəsirun bil-ibəd. Lə ilahə illə əntə, subhənəkə inni kuntu minəz-zalimin. Rabbi inni limə ənzəltə iləyyə min xayrin fəqir. Rabbi lə təzərni fərdən və əntə xayrul-vərsin.
Bu namazı qılmaqla ayın salamatlığını almış olursuz.
Allah müvəffəq eləsin!

04:05:07
@sheyx:matrix.orgsheyx Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Sualım budur ki, malların kdeditlə alışı icazəlidir? Bu alğı-satqı sələm sayılırmı?
Cavab: Malların (avadanlıq, maşın) kreditlə alğı-satqısı onun nağd qiymətindən baha başa gəlsə də icazəlidir. Lakin kreditlərin ödənişində gecikməyə görə satış qiymətindən əlavə pul ödəmək şərti haramdır.
04:05:38

Show newer messages


Back to Room ListRoom Version: 5