Sender | Message | Time |
---|---|---|
14 Jan 2022 | ||
@sheyx:matrix.org | Sual: Naməhrəm qadına salam verməyin məkruh olması sabit olub? Cavab: Məkruhdur. Məgər ki ortada bir şey (bərabər və ya üstünlük təşkil etmək cəhətdən) olsun salam verməyi tələb etsin. | 04:09:05 |
@sheyx:matrix.org | Sual: Hansı halda əqd oxunarkən qızın atasından və ya ata babasından icazə almaq lazım deyil? Cavab: 1. Əgər qadın boşanmış olsa. 2. Qadın müsəlman amma ata və baba kafir olsa. Və ya dəli olsalar. 3. Əgər ata və baba qadağan etsələr ki öz yaşayışında müstəqil olan qız özünə hər cəhətdən həmtay( dini, ictimai və sair. .. cəhətlərdən ) oğlanla evlənsin bu halda onların izni qüvvədən düşür. 4. Əgər onlardan heç cür izn almaq mümkün olmasa( məsələn onların uzaq olması səbəbiylə) və qızın da həmin zaman evlənməyə şiddətli ehtiyacı olsa. 5. Ya da ata və baba qızın evlənmə işindən vaz keçsələr( evlənmək işi nə qarışmasalar heç cür) ... | 04:09:36 |
@sheyx:matrix.org | Redacted or Malformed Event | 04:10:26 |
@sheyx:matrix.org | https://telegra.ph/B%C9%99zi-namaz-t%C9%99qibatlar%C4%B1-09-04 | 04:10:57 |
@sheyx:matrix.org | Sual: Bankdan kredit borc götürməyin hökmü nədir? Cavab: Sərmayələri müsəlmanlara aid olan banklar haqqında: Bank dövlət bankı yaxud müştərək bankıdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə (şərtlərinə) iltizamlı olmalısınız (sadiq qalmalısınız). Əgər səhih əqd əsasında olmasa, pulu məchulul-malik (sahibi məlum olmayan) niyyətinə alıb, sonra Həzrət Ayətullahın icazəsi ilə borc kimi özünüzə götürə bilər və onu borc (kredit) qanunlarına uyğun olaraq sizə verilən istiqamətdə (nə üçün verilmişdirsə, o yolda) xərcləyə bilərsiniz. Bank xüsusi bankdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə iltizamlı olmalısınız. Səhih əqd şəklində olmasa, borc almaq icazəli deyil. Sərmayələri qeyri-müsəlmanlara aid olan banklar və müəssisələr haqqında: Onlardan əlavə faiz ödəmək şərti ilə borc pul almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc niyyəti olmadan bankdan alıb şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan istifadə etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsəniz belə . | 04:11:39 |
@sheyx:matrix.org | #imam Hüseyn üçün ağlamaq Şeyx Səduq "Uyunu əxbari ər-riza" kitabında nəql edib: | 04:12:20 |
@sheyx:matrix.org | Sual: İctimai şəbəkələrdə qızların naməhrəm oğlanlarla heç bir günah məqsədi olmadan elmi və ictimai söhbətlər etməsinin hökmü nədir? Cavab: Belə münasibətlər – tədricən də olsa - günaha düşmək təhlükəsi ilə yanaşı olsa, icazəli deyil. Həmçinin zarafat etmək, qeyri-əxlaqi və sevgi-məhəbbət söhbətlərinə daxil olmaq haramdır. | 04:12:56 |
@sheyx:matrix.org | Qədir-Xum gününün müstəhəb əməlləri Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”. İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”. Qədir günündə qüsl almaq(rəca niyyətə ilə), təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”). Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”). Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar. | 04:13:11 |
@sheyx:matrix.org | Mizanul-Hikmət kitabında imam Əli əleyhissəlamdan nəql olunur: Həmçinin nəql olunur: | 04:13:25 |
@sheyx:matrix.org | Mustəhəbb qurbanın hökmləri:
| 04:13:46 |
@sheyx:matrix.org | Sual: Məğrib və işa namazları vaxtı nə vaxta qədər davam edir? Cavab: Məsələ 889. Asudəlikdə olan (zərurət halları ilə qarşılaşmayan) insan üçün məğrib və işa namazlarının vaxtı gecə yarısına, zərurət halları ilə qarşılaşan, yəni unutqanlıq, yatıb qalmaq, heyz və s. bu qəbildən olan səbəblərdən dolayı namazı gecə yarısından öncə qılmayan insan üçün məğrib və işa namazlarının vaxtı fəcrin tülusuna (dan vaxtına) qədərdir. Lakin hər iki vəziyyətdə diqqətli ikən, unutqanlığa yol verilmədiyi hallarda məğrib və işa namazları arasında ardıcıllığa riayət etmək şərtdir, yəni öncə məğrib, sonra işa namazı qılınmalıdır və əgər qəsdən işa namazı məğrib namazından öncə qılınarsa, batildir. Yalnız vaxtın başa çatmasına işa namazının qılınması üçün tələb olunan müddətdən artıq qalmadığı halda istisna olaraq işa namazını məğrib namazından əvvəl qılmalıdır. | 04:14:13 |
@sheyx:matrix.org | Sual: Naməhrəm olan yerdə qadın səsli namazlarını səssiz qılmalıdır?
| 04:14:38 |
@sheyx:matrix.org | https://telegra.ph/Allahın-99-adı-Qısa-şərh-05-30 | 04:15:02 |
@sheyx:matrix.org | Sual: Orucu tutmamağa səbəb olan xəstəliyin zərər nə dərəcədə olmalıdır? Cavab: Oruc tutsa ya xəstələnəcək, ya xəstəliyi ağırlaşacaq, ya xəstəliyi daha çox ağrı verəcək, ya xəstəliyin sağalması uzanacaq. Bunlar hamısı ürfdə etimad olan həddə olsa. Amma etimad verilməsə, məsələn qrip, soyuqdeymə və bunlar kimi xəstəliklərdə, oruc tutmalıdır. | 04:15:38 |
@sheyx:matrix.org | Məsələ 2088. Əmizdirən və südü az olan qadın, istər uşağın doğma anası, yaxud dayəsi olsun, istərsə təmənnasız süd versin, oruc onun özü, yaxud süd verdiyi körpə üçün zərərli olduğu təqdirdə oruc tutması vacib deyil, hətta haram zərər(cana qəsd) hallarında oruc tutmamalıdır və hər gün müqabilində bir yoxsula bir müdd təam verməlidir. Hər iki halda tutmadığı orucların daha sonra qəzasını tutmalıdır və o, südvermə səbəbi ilə orucun qəzasını tutmaqdan azad edilmir. Qeyd etmək lazımdır ki, vacib ehtiyata əsasən, bu hökm uşağın əmizdirilməsi üçün başqa bir yol olmadığı hallara aiddir. Ancaq əgər uşağa süd vermək üçün başqa bir yol vardırsa, məsələn, uşağa bir neçə qadının birlikdə süd verməsi, yaxud quru süd kimi qida əvəzedicilərindən istifadə etmək mümkündürsə, vacib ehtiyata əsasən, belə qadının oruc tutmaması caiz deyil | 04:15:59 |
@sheyx:matrix.org | Orucu batil edən işlər
| 04:16:15 |
@sheyx:matrix.org | **Sual: **
Cavab:
| 04:16:47 |
@sheyx:matrix.org | * **Sual:** 1. Ramazan ayı üçün zikr olunan bütün qüsüllar sabitdir? 2. Bu qüsllər dəstəmazı əvəz edir? **Cavab:** 1. Xeyir. Ancaq 1-ci, 17-ci, 19-cü, 21-ci, 23-cü və 24-cü gecələrdə alınan qüsl sabitdir. 2. Sabit olan qüsllərdən olsa dəstəmaza ehtiyac yoxdur. Amma qalan qüsllər rəca niyyəti ilə almaq caiz olsa belə dəstəmazı əvəz etmir. | 04:17:04 |
@sheyx:matrix.org | Məsələ 2591: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:
| 04:17:24 |
@sheyx:matrix.org | Bismilləhir-rahmənir-rahim Şəban ayının 15-ci gecəsinin bəzi əməlləri:
Cəfər – Təyyar” namazının qılınma qaydası: | 04:17:46 |
@sheyx:matrix.org | Şəban ayının bəzi əməlləri: -Hər gün 70 dəfə:“Əstəğfirullahə və əs’əluhut təubəh”(Allahdah bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram) zikrini demək. -Bu bir ay ərzində 1000 dəfə: “Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (Allahdan başqa tanrı yoxdur,müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək Ona ibadət edirik) zikrini demək. Bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə 1000 ilin ibadəti yazılar. -Bu ayın hər cümə axşamı günü 2 rükətli namaz qılınır, hər 2 rükətdə “Fatihə”dən sonra 100 dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyilir. Allah Təala belə bir namazı qılan bəndənin din və dünya barəsindəki hacətini ona əta edər. Bu günlərdə oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, Şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər ”İlahi! Bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”. -Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. -Bu ayda çoxlu salavat – “Əllahummə salli alə Muhəmmədin və ali-Muhəmməd” demək fəzilətlidir. -Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə “Fatihə”, 11 dəfə “İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir. | 04:18:17 |
@sheyx:matrix.org | Sual: Namazın niyyətini necə etmək lazımdır? **Cavab: ** Məsələ 1126. İnsan namazı qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə, yəni uca Allahın qarşısında öz acizliyini və bəndəliyini izhar etmək üçün qılmalıdır və niyyəti qəlbindən keçirməsi (daxili nitqlə), yaxud misal olaraq: “Qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) dörd rükət zöhr namazı qılıram”, - deməsi (xarici nitqlə) lazım deyil. | 04:18:42 |
@sheyx:matrix.org | * **Sual:** Namazın niyyətini necə etmək lazımdır? **Cavab:** Məsələ 1126. İnsan namazı qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə, yəni uca Allahın qarşısında öz acizliyini və bəndəliyini izhar etmək üçün qılmalıdır və niyyəti qəlbindən keçirməsi (daxili nitqlə), yaxud misal olaraq: “Qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) dörd rükət zöhr namazı qılıram”, - deməsi (xarici nitqlə) lazım deyil. | 04:18:55 |
@sheyx:matrix.org | Sual: Başa məsh edəndə əldə olan nəmliyi başın dərisinə çatdırmaq vacibdir? Cavab: Məsələ 271. Başın məshinin onun dərisinin səthinə edilməsi vacib deyil, başın ön hissəsindəki saç tüklərinin üzərinə edilməsi də doğrudur. Lakin əgər bir insanın saçı uzun olub daradıqda üzünə tökülürsə, yaxud başının digər hissələrinə çatırsa, saçının daradıqdan sonra başın ön hissəsindən kənara çıxmayan hissəsinə məsh etməlidir. Həmçinin, saçlarını təpə hissəsindən ayıraraq tüklərin kökünə, yaxud başın dərisinə məsh edə bilər. Əgər üzə tökülən, yaxud başın digər hissəsinin üzərinə düşən tükləri başın ön hissəsinə toplayaraq onların üzərinə məsh edərsə, yaxud başın digər hissələrinin onun ön hissəsinin üzərinə düşən tüklərinə məsh edərsə, bu şəkildə məsh batildir. | 04:19:41 |
@sheyx:matrix.org | Download Başa məsh edəndə əldə olan nəmliyi başın dərisinə çatdırmaq vacibdir.ogg | 04:21:44 |
@sheyx:matrix.org | Ayın əvvəlinin sübut olma yolu Məsələ 1700: Ayın əvvəli dörd yolla sübut olunur:
| 04:23:03 |
@sheyx:matrix.org | Download Ayın əvvəlinin sübut olma yolu.mp3 | 04:23:04 |
@sheyx:matrix.org | Üfüqin bir olması barədə əlavə məlumat:
| 04:23:39 |
@sheyx:matrix.org | Sual: Kafir kim sayılır? Cavab: Məsələ 120. Kafir: a) Allahın varlığını, yaxud təkliyini qəbul etməyən; b) yaxud “Xatəm əl-ənbiya”nın (Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən; c) və ya peyğəmbərlərin sonuncusu olan Allahın ən əziz Elçisinin (s) təkzib edilməsinə gətirib çıxaracaq şəkildə dinin zərurətlərindən birini inkar edən şəxsdir və sonuncu halda sözügedən zərurətin namaz, oruc, zəkat və hicab kimi vacibatdan, şərab içmək, riba (sələmçilik) və qina (haram musiqi) kimi haram işlərdən və ya məad (ölümdən sonrakı həyata inam) və Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi kimi inanc məsələlərindən olmasının heç bir fərqi yoxdur. Buna əsasən, hər hansı bir dini seçməyən, yaxud İslamdan başqa bir dini olan və ya İslam dinini seçən, ancaq uca Allah tərəfindən Peyğəmbərə (s) çatdırılan bəzi göstərişləri (Allahın elçisinin buyuruğu olduğunu bildiyi halda) inkar edən insan kafirdir. Ancaq İslamı özünə din seçən, lakin müsəlman mühitindən uzaq olmaq, yaxud din əleyhinə şübhələrin təlqin edilməsi kimi səbəblərlə xüms və hicab kimi dinin bəzi əməli hökmlərini Peyğəmbəri (s) və onun buyuruğunu təkzib etmək niyyəti olmadan inkar edən insan hərçənd haqq yoldan sapmış olsa da, kafir deyil. Kafirlər, ümumiyyətlə, iki qismə bölünür: kitabi (əhli-kitab) kafirlər, yəni yəhudilər, xristianlar, zərdüştilər və qeyri-kitabi (əhli-kitab olmayan) kafirlər, yəni yəhudi, xristian, yaxud zərdüşti olmayan kafirlər. Onların pak, yoxsa nəcis olması ilə əlaqədar hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir. Məsələ 121. Əhli-kitab olmayan kafirin bütün bədəni, hətta tükü, dırnağı və bədənindən ifraz olan rütubətlər də nəcisdir. Ancaq əhli-kitab (yəhudilər, xristianlar və zərdüştilər) pakdır. Qeyd etmək lazımdır ki, mürtədin, yəni İslamdan çıxan şəxsin pak, yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qeyri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur. | 04:24:22 |
@sheyx:matrix.org | Sual: Kafirə salam verməyin hökmü nədir? Cavab: Kafirə salam verməyin eyibi yoxdur. Lakin məkruhdur. Məgər ki zərurət olsun, hətta ürfi zərurət olsa. Zərurət olsa məkruh olmur. Amma salamın cavabında ehtiyat vacibə əsasən "Əleykə" deyib kafirə cavab vermək lazımdır. | 04:24:50 |