!zBaCXLuvDyrCZzvViK:matrix.org

Mübtəla olan şəriət məsələləri

9 Members
3 Servers

Load older messages


SenderMessageTime
14 Jan 2022
@sheyx:matrix.org@sheyx:matrix.org Məsələ 2038: Ğina haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləb (kef) məclislərinə məxsus olan tərzdə avazla oxunan batil musiqilərdir. Həmçinin, Quran, dua və bu kimi şeyləri də o cür oxumaq icazəli deyil. Ehtiyat-vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq, eləcə də ğina üçün əmək haqqı (ücrət) almaq haramdır. Şəxs alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və öyrənmək də icazəli deyil. Musiqi də, yəni xüsusi musiqi alətlərində çalmaq da əgər ləhv-ləb məclislərinə məxsus olacaq tərzdədirsə, haram, əks təqdirdə haram deyil. Haram musiqi çalmaqla ücrət almaq da haramdır, alanın mülkü olmur, onu öyrənib öyrətmək də haramdır.
https://www.sistani.org/azari/book/24199/3683/
04:26:56
@sheyx:matrix.org@sheyx:matrix.org

Şəri hökmlər 5 qismə bölünür:

  1. Vacib, o hökmlərə deyilir ki onlarda yüksək dərəcədə olan məsləhət var, Allah onu bizə vacib edir və tərk etməyə razı deyil.
  2. Haram, o hökmlərə deyil ki onlarda yüksək dərəcədə zərər var, Allah o işlərdən bizi çəkindirir və onları yerinə yetirməyə razı deyil.
  3. Mustəhəbb, o hökmlərə deyil ki onlarda məsləhət var, Allah o işləri yerinə yetirməyimizi məsləhət görür və tərk etməyə də izn verir.
  4. Məkruh, o hökmlərə deyilir ki onlarda zərər, naqislik var, Allah bizə o işləri tərk etməyi məsləhət görür və yerinə yetirməyi qadağan etmir.
  5. Mubah isə elə şeylərdir ki mukəlləf üçün nə məsləhəti nə zərəri var və mukəlləf onları -edib-etməməkdə ixtiyar sahibidir. Bunların nə günahı nə də savabı var.

Qeyd: - Həmçinin məkruh iş etsək günahı yoxdur. Amma mustəhəbb işlərinin savabı var.

  • İbadətdə məkruh savabın az olması deməkdir. Başqa yerlərdə (muamələtdə) isə o işi tərk etmək məsləhətdir. Lakin etsək heç bir günahı yoxdur. Ona görə deyilir: Hər bir məkruh caizdir.
04:27:39
@sheyx:matrix.org@sheyx:matrix.org

Sual: Muvalat nə deməkdir və onun nə hökmləri var?

Cavab: Məsələ 310.Dəstəmazın doğru olması üçün dəstəmaz hərəkətləri fasiləsiz ardıcıllıqla yerinə yetirilməlidir. Buna “muvalat” deyilir. Dəstəmazın hərəkətləri arasında insanların nəzərində fasiləsiz ardıcıllıq sayılmayacaq qədər fasilə verilərsə, dəstəmaz batil olur. Lakin insanların nəzərində unutma, yaxud suyun qurtarması (kəsilməsi) kimi üzürlü sayılan bir hal yaranarsa, ürfi müvalat mötəbər sayılmır. Bu halda bir üzvü yuyarkən, yaxud məsh edərkən ondan əvvəl yuyulan və ya məsh edilən bütün üzvlər quruduğu halda dəstəmaz batildir. Əgər dəstəmaz alanın yumaq, yaxud məsh etmək istədiyi üzvdən yalnız bilavasitə öncəki üzvü quruyarsa, məsələn, sol qolu yumaq istəyərkən sağ qolu quruyarsa, ancaq üzü rütubətli qalarsa, bu halda dəstəmazı doğrudur.
Məsələ 311. Dəstəmazın hərəkətləri fasiləsiz ardıcıllıqla yerinə yetirilərsə, lakin isti hava şəraiti, yüksək temperatur,külək və s. bu qəbildən olan səbəblərlə əlaqədar olaraq əvvəlki üzvlər quruyarsa, dəstəmaz doğru sayılır.
Məsələ 312. Dəstəmaz əsnasında yerimək dəstəmazın doğruluğuna xələl gətirmir. Beləliklə, dəstəmaz alan şəxs üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyərək sonra başına və ayaqlarına məsh edərsə, dəstəmazı doğrudur. Lakin üzürlü səbəb olmadan insanların nəzərində dəstəmazın hərəkətlərini fasiləsiz ardıcıllıqla yerinə yetirmiş sayılmayacaq qədər məsafə qət etməsi istisna təşkil edir.

04:28:15
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Namazda fikrimi necə toplaya bilərəm?
Cavab: Namazda fikri toplamaq üçün ən yaxşı metod budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (əleyhis-salam) demişdir: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar.” Bir hədisdə nəql olunur ki, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə dedi: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimə munacat edirsən və sənə kim baxır.”
04:28:45
@sheyx:matrix.org@sheyx:matrix.org

Sual:

  1. Cahil qasirin mənası nədir?
  2. Cahil muqəssirin mənası nədir?
    Cavab:
  3. Cahili-Qasir - Düz hökmü bilməməzliyində üzrü olan insan. Şəriət baxımından mötəbər olan kəsin sözünə etimad edən kimi...
    Məsələn: Etimad etdiyi elm əhlindən olan birindən məsələni öyrənib və əməl edib. Sonra məlum olub ki məsələ səhvdir. Həmin adam məsələni düz bilməməzliyində üzürlüdür.
  4. Cahili-müqəssir: Düz hökmü bilməməzliyində üzrü olmayan kimi...
    Məsələn: Facebook-dən tanımadığı biri bir məsələ yazır və mən arxayınlıq hasil olmadan əməl edirəm. Sonra məlum olur ki səhvdir. Ya bir məsələnin düz olduğunu zənn edirəm sonra məlum olur ki səhvdir.
04:29:29
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** 1. Cahil qasirin mənası nədir? 2. Cahil muqəssirin mənası nədir? **Cavab:** 1. Cahili-Qasir - Düz hökmü bilməməzliyində üzrü olan insan. Şəriət baxımından mötəbər olan kəsin sözünə etimad edən kimi... Məsələn: Etimad etdiyi elm əhlindən olan birindən məsələni öyrənib və əməl edib. Sonra məlum olub ki məsələ səhvdir. Həmin adam məsələni düz bilməməzliyində üzürlüdür. 2. Cahili-müqəssir: Düz hökmü bilməməzliyində üzrü olmayan kimi... Məsələn: Facebook-dən tanımadığı biri bir məsələ yazır və mən arxayınlıq hasil olmadan əməl edirəm. Sonra məlum olur ki səhvdir. Ya bir məsələnin düz olduğunu zənn edirəm sonra məlum olur ki səhvdir.04:29:54
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** 1. Cahil qasirin mənası nədir? 2. Cahil muqəssirin mənası nədir? **Cavab:** 1. Cahili-Qasir - Düz hökmü bilməməzliyində üzrü olan insan. Şəriət baxımından mötəbər olan kəsin sözünə etimad edən kimi... Məsələn: Etimad etdiyi elm əhlindən olan birindən məsələni öyrənib və əməl edib. Sonra məlum olub ki məsələ səhvdir. Həmin adam məsələni düz bilməməzliyində üzürlüdür. 2. Cahili-müqəssir: Düz hökmü bilməməzliyində üzrü olmayan kimi... Məsələn: Facebook-dən tanımadığı biri bir məsələ yazır və mən arxayınlıq hasil olmadan əməl edirəm. Sonra məlum olur ki səhvdir. Ya bir məsələnin düz olduğunu zənn edirəm sonra məlum olur ki səhvdir.04:30:21
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Bir iş görmək istəyirəm, lakin həmin işin hökmünü bilmirəm (caizdir ya caiz deyil), bu işi görə bilərəm?
Cavab: Bu kimi hallarda əgər təqlid etdiyin müctəhidin fətvasını əldə etmək mümkün olmasa ya ehtiyat edib tərk etməlisən ya digər ələm muctəhidə muraciət etmək lazımdır.
04:30:49
@sheyx:matrix.org@sheyx:matrix.org

Duanın mustəcab olmasının bir neçə şərti var. Onlardan:

  1. Dua edən şəxs duada nə dediyini dərk etsin, elə olmasın ki dua daxilə təsir etmədən ancaq dildə cari olsun. Peyğəmbərdən rəvayət olunub ki diqqətsiz qəlblə edilən dua mustəcab olmaz.
  2. Əllah təala-yə mərifətin olması. Imam Sadiqdən rəvayət olunub ki, ona "dua edirik, amma dualarımız mustəcab olmur" dedyildikdə dedi:
    "Çünki siz tanımadığınız kəsə dua edirsiniz".
  3. Muhəmməd və ali muhammədə salavat. Imam Sadiqdən rəvayət olunub: Peyğmbər və onun ailəsinə salavat göndərilənə qədər dua qapalı (hicablanmış) qalır.
  4. Mərifətdən sonra Əllahın haqqlarını əda etmək. Imam Əlidən nəql olunub: "Əllahı tanıdınız. Lakin vacib etdiyi kimi onun haqqlalını əda etməmisiniz. Nəticədə, mərifətinizin sizə faydası olmadı... Belə olduqda hansı dua sinin üçün mustəcab olsun, onun yollarını və qaplarını özünüz bağlamısınız. "
  5. Əllah təalanın əhdinə vəfalı olmaq. Imam Sadiqdən rəvayət olunub: Çünki siz Əllahın əhdinə vəfa çıxmırsınız. Əllah buyurub: Mənim əhdimə vəfa edin, sizin əhdinizə vəfa edim. Əl-bəqərə 40.
  6. Sadiq olan niyyət və ixlas. Imam Sadiqdən nəql olunub: "Əgər bəndə əhdinə vəfa etdikdən sonra Əllah təbarəkə və təala-yə sadiq niyyət və ixlaslı qəlblə dua etsə onun üçün mustəcab olar".
  7. Qazancın pak olması. Rəsulullahdan nəql olunub: "Bəndənin yediyi haram olan halda Əllaha əlləri qaldırsa bu halda necə mustəcab olsun. "
    "Qazancını pak et, duan mustəcab olsun. Kişi haram tikə yesə qırx gün duası mustəcab olmaz"
  8. Dua ilə bərabər əməl və çalışma. Əli əleyhissəlam-dan rəvayət olunub: "Əməlsiz dua oxatansız ox atmaq kimidir"

Bunlardan əlavə bəzi ədəblər də var. Mufəssəl kitablarda zikr olunub. Onlardan təharətli olmaq, təmiz libas geyinmək, namazdan sonra, yağış vaxtı, sədəqə verəndən sonra, xəstə olarkən və sair...

04:31:17
@sheyx:matrix.org@sheyx:matrix.org removed the room topic "Seyyid Sistanin fətvalarına uyğun".06:04:33
@sheyx:matrix.org@sheyx:matrix.org* **Şəri hökmlər 5 qismə bölünür:** 1. Vacib, o hökmlərə deyilir ki onlarda yüksək dərəcədə olan məsləhət var, Allah onu bizə vacib edir və tərk etməyə razı deyil. 2. Haram, o hökmlərə deyil ki onlarda yüksək dərəcədə zərər var, Allah o işlərdən bizi çəkindirir və onları yerinə yetirməyə razı deyil. 3. Mustəhəbb, o hökmlərə deyil ki onlarda məsləhət var, Allah o işləri yerinə yetirməyimizi məsləhət görür və tərk etməyə də izn verir. 4. Məkruh, o hökmlərə deyilir ki onlarda zərər, naqislik var, Allah bizə o işləri tərk etməyi məsləhət görür və yerinə yetirməyi qadağan etmir. 5. Mubah isə elə şeylərdir ki mukəlləf üçün nə məsləhəti nə zərəri var və mukəlləf onları -edib-etməməkdə ixtiyar sahibidir. Bunların nə günahı nə də savabı var. Qeyd: - Həmçinin məkruh iş etsək günahı yoxdur. Amma mustəhəbb işlərinin savabı var. - İbadətdə məkruh savabın az olması deməkdir. - Başqa fe'llərdə (muamələtdə) isə o işi tərk etmək məsləhətdir. Lakin etsək heç bir günahı yoxdur. Ona görə deyilir: Hər bir məkruh caizdir.16:57:33
7 Feb 2022
@sheyx:matrix.org@sheyx:matrix.org

Dəstəmazı əvəz edən müstəhəbb olan qüsllar:

  1. Cümə qüslü. Bu qüslün vaxtı cümə günü sübh azanından günün batmasına qədərdir, lakin daha yaxşı olar ki, zöhrə yaxın edilsin. Cümə günü insan qüsl edə bilmədiyi halda isə müstəhəbdir ki, cümədən şənbəyə keçən gecə, yaxud şənbə günü qürub çağınadək qəzasını yerinə yetirsin.
  2. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.
  3. Fitr və qurban bayramlarının qüslü. Bu qüsllərin vaxtı sübh azanından qürub çağına qədərdir və daha yaxşı olar ki, bayram namazından öncə edilsin.
  4. Zülhiccə ayının səkkiz və doqquzuncu günlərinin qüslü. Doqquzuncu günün qüslü daha yaxşı olar ki, zöhr çağı edilsin.
  5. Bədəninin hər hansı bir hissəsini qüslü edilmiş meyidə toxunduran şəxsin qüslü.
  6. Ehram qüslü.
  7. Məkkə hərəminə daxil olmaq üçün qüsl.
  8. Məkkəyə daxil olmaq üçün qüsl.
  9. Kəbə evini ziyarət etmək üçün qüsl.
  10. Kəbəyə daxil olmaq üçün qüsl.
  11. Dəvə və digər heyvanları kəsmək üçün qüsl.
  12. Saçı qırxmaq üçün qüsl.(Həccdə olan əməldən söhbət gedir)
  13. Mədinə hərəminə daxil olmaq üçün qüsl.
  14. Mədinəyə daxil olmaq üçün qüsl.
  15. “Məscid ən-Nəbi”yə daxil olmaq üçün qüsl.
  16. Peyğəmbərin (s) qəbri ilə vidalaşmaq üçün qüsl.
  17. Düşmənlə mübahilə etmək (mübahisə zəminində kimin haqlı olduğunu müəyyən etmək üçün Allahı hakim seçərək haqlı olmayan tərəf üçün qarşılıqlı nifrin və lənət oxuma) üçün qüsl.
  18. İstixarə üçün qüsl.
  19. İstisqa, yəni yağış diləmək üçün qüsl.

Bundan başqa qüsllər rəca niyyəti ilə yerinə yetirilməlidir. Və dəstəmaz almaq lazımdır.

07:38:42
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Bir adama bir iş gördürmüşəm (məsələn saçımı qırdırmışam, və ya taksi ilə bir yerə aparıb məni), lakin pul danışmamışıq onunla. Istədiyi məbləqi verməliyəm ona, hətta həddindən artıq olsa belə?
Cavab: Xeyir. Icarə pulunun miqdarını təyin etməmisizsə normal miqdarda icarə əvəzini (ücrətül-misl) həmin adama verməsi lazımdır. Məsələn: Sizin məntəqədə normal hallarda saçı 5 manat müqabilində qırxırlarsa siz da ona 5 ₼ versəniz kifayıt edir. Və ya Bakidan Lənkərana adətən 50 manata aparırlarsa siz da 50 manat versəniz kifayıt edir.
07:42:46
17 Feb 2022
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Biri lotereya (poz-qazan və sair) oynayıb pul udubsa həmin pulu nə etməlidir?
Cavab:
Şirkət hökümət olsa şəri hakimə muraciət etmək lazımdır.
Şəxsi olsa, əgər bilsə ki şirkət sahibi razıdır, hətta bu işin batil olduğunu bilsə, özünə götürə bilər.
Qeyd: Lakin bu iş (lotereya oynamaq) özü özlüyündə haramdır. Çünki qumarın bir növüdür.
11:38:05
16 Mar 2022
@sheyx:matrix.org@sheyx:matrix.org changed their display name from sheyx to fn.02:34:21
@sheyx:matrix.org@sheyx:matrix.org Şəban ayının bəzi əməlləri:
-Hər gün 70 dəfə:“Əstəğfirullahə və əs’əluhut təubəh”(Allahdah bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram) zikrini demək.
-Bu bir ay ərzində 1000 dəfə: “Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (Allahdan başqa tanrı yoxdur,müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək Ona ibadət edirik) zikrini demək. Bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə 1000 ilin ibadəti yazılar.
-Bu ayın hər cümə axşamı günü 2 rükətli namaz qılınır, hər 2 rükətdə “Fatihə”dən sonra 100 dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyilir. Allah Təala belə bir namazı qılan bəndənin din və dünya barəsindəki hacətini ona əta edər. Bu günlərdə oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, Şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər ”İlahi! Bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.
-Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.
-Bu ayda çoxlu salavat – “Əllahummə salli əla Muhəmmədin və ali-Muhəmməd” demək fəzilətlidir.
-Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə “Fatihə”, 11 dəfə “İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir.
02:37:45
@sheyx:matrix.org@sheyx:matrix.org Məsələ 10. Şəriət məsələləri ilə bağlı bir müctəhidin rəyini, göstərişini (istər fətva olsun, istərsə vacib, yaxud müstəhəb ehtiyat) öyrənməyin dörd üsulu vardır:
a) müctəhidin özündən eşitmək;
b) müctəhid fətvasını nəql edən iki adil şəxsdən eşitmək;
c) sözünə etibar edilən bir şəxsdən eşitmək;
d) müctəhidin risaləsindən, yaxud ona ünvanlanan suallara fətva şəklində verdiyi yazılı cavabdan oxumaq. Sonuncu halda insan sözügedən risalə, yaxud fətva məzmunlu cavabın düzgünlüyünə arxayınlıq hasil etməlidir.
02:38:27
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Vəsvasılıq etməyin müalicəsi varmı və o (vəsvasi), nə etməlidir?
Cavab: Bütün fəqihlər açıq və aydın şəkildə - şəri dəlillərə əsasən- fətva vermişlər ki, vəsvasinin vəzifəsi - vəsvəsəsinə etina etməməli (diqqət yetirməməli) və paklığında şübhəli olan hər bir şeyin paklığına hökm etməlidir. Hətta, adi insanların əksinə olaraq, nəcisliyinə təkidli olduğu sürətdə etina etməməlidir. Və onun elmi (yəni bildiyi) mötəbər deyildir. Və ona vacibdir ki həmin şübhəli şeylərin pak olmasına qərar versin. Əgər vəsvasılıq edən şəxs bu şəri fətvaya əməl etsə və həmin şübhəli və ya yəqinən bildiyi əşyaların paklığına hökm (qərar) versə Allah qarşısında üzrlü sayılır. Hətta onun əməli vaqiətə muxalif olsa, və namazı nəcis paltarla qılsa və ya yeməyi nəcis olsa belə.
19:42:56
24 Mar 2022
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** Vəsvasılıq etməyin müalicəsi varmı və o (vəsvasi), nə etməlidir? **Cavab:** Bütün fəqihlər açıq və aydın şəkildə - şəri dəlillərə əsasən- fətva vermişlər ki, vəsvasinin vəzifəsi - vəsvəsəsinə etina etməməli (diqqət yetirməməli) və paklığında şübhəli olan hər bir şeyin paklığına hökm etməlidir. Hətta, adi insanların əksinə olaraq, nəcisliyinə təkidli olduğu sürətdə etina etməməlidir. Və onun elmi (yəni bildiyi) mötəbər deyildir. Və ona vacibdir ki həmin şübhəli şeylərin pak olmasına qərar versin. Əgər vəsvasılıq edən şəxs bu şəri fətvaya əməl etsə və həmin şübhəli və ya yəqinən bildiyi əşyaların paklığına hökm (qərar) versə **Allah qarşısında üzrlü sayılır**. Hətta onun əməli vaqiətə muxalif olsa, və namazı nəcis paltarla qılsa və ya yeməyi nəcis olsa belə.22:30:44
26 Mar 2022
@sheyx:matrix.org@sheyx:matrix.org

Tövriyə - çoxmənalı sözün bir mənasını nəzərdə tutmaqla, zahirən fərqli mənada qəbul ediləcəyini bilərək söyləməkdir. Başqa sözlə desək, ikibaşlı sözlərə tövriyə demək olar. Yalan danışmaq günah olduğu üçün yalandan qaçmaq məqsədi ilə bəzi hallarda tövriyədən istifadə etmək olar. Yəni tövriyə bəzi hallarda yalan danışmamaq üçün vəziyyətdən çıxış yoludur.

Tövriyə necə edilir:
Çoxmənalı sözdən istifadə etdikdə ilk baxışdan onun zahir mənası başa düşülsə də biz həmin mənasını qəsd eləmirik, onun başqa mənasını qəsd edirik.
Məsələn: Bir nəfər zəng vurub məndən soruşur: Oğlun evdədir? Mən isə istəmirəm oğlumun evdə olduğunu bilsin. Mən cavab verirəm: Burada yoxdur. Burada kəlməsini deyəndə mən oğlumun olmadığı hər hansı bir yerə baxıb "biurada" deyəndə həmin nöktəni qəsd eləmişəm.

Tövriyə yalan deyimi?
Xeyir. Yalan deyil. Çünki yalan - həqiqətə uyğun olmayan hər hansı bir şeydən xəbər verməyə deyilir. Gördüyünüz kimi tövriyə həmin tərifə şamil deyil. Çünki tövriyədə bir həqiqətə uyğun bir şeydən xəbər veririk.

Bəzi sual-cavablar:
Sual: Tövriyə nədir? Hansı hallarda işlənə bilər?
Cavab: Danışdığın adamdan əsl mənasını gizlədib zahiri mənanı anlatmağa deyilir. Tövriyə özü özlüyündə caizdir, lakin ona bəzi ikinci ünvanlarla qadağa edilə bilər, məsələn, müamilədə (ticarətlə və sair) saxtakarlıq və bu kimi halların baş verməsi.

15:07:26
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Mustəhəbb oruc tutanda yeməyə dəvət olunsam, daha fəzilətli dəvətini rədd edib orucu tamamlaqdır ya qəbul edib iftar etmək?
Cavab: Əgər möminin dəvətini qəbul edib yeməyini yeməyin onu sevindirəcəksə dəvətini qəbul etmək daha yaxşıdır.
15:21:44
27 Mar 2022
@sheyx:matrix.org@sheyx:matrix.org* Tövriyə - çoxmənalı sözün bir mənasını nəzərdə tutmaqla zahirən fərqli mənada qəbul ediləcəyini bilərək söyləməkdir. Başqa sözlə desək, ikibaşlı sözlərə tövriyə demək olar. Yalan danışmaq günah olduğu üçün yalandan qaçmaq məqsədilə bəzi hallarda tövriyədən istifadə etmək olar. Yəni tövriyə bəzi hallarda yalan danışmamaq üçün vəziyyətdən çıxış yoludur. Tövriyə necə edilir? - Çoxmənalı sözdən istifadə etdikdə ilk baxışdan onun zahir mənası başa düşülsə də, biz həmin mənasını qəsd eləmirik, onun başqa mənasını qəsd edirik. Məsələn: Bir nəfər zəng vurub məndən soruşur: Oğlun evdədir? Mən isə oğlumun evdə olduğunu bilməyini istəmirəm. Mən cavab verirəm: Burada yoxdur. Burada kəlməsini deyəndə mən oğlumun olmadığı hər hansı bir yerə baxıb "biurada" deyəndə həmin nöktəni qəsd eləmişəm. Tövriyə yalan deyil ki? Xeyir. Yalan deyil. Çünki yalan - həqiqətə uyğun olmayan hər hansı bir şeydən xəbər verməyə deyilir. Gördüyünüz kimi tövriyə həmin tərifə şamil deyil. Çünki tövriyədə biz həqiqətə uyğun bir şeydən xəbər veririk. Bəzi sual-cavablar: Sual: Tövriyə nədir? Hansı hallarda işlənə bilər? Cavab: Danışdığın adamdan əsl mənasını gizlədib zahiri mənanı anlatmağa deyilir. Tövriyə özü özlüyündə caizdir, lakin ona ikinci ünvanlarla qadağa edilə bilər, məsələn, müamilədə (ticarətdə və sair) ğişş (saxtakarlıq) və bu kimi halların baş verməsi.00:37:47
@sheyx:matrix.org@sheyx:matrix.org* Tövriyə - çoxmənalı sözün bir mənasını nəzərdə tutmaqla zahirən fərqli mənada qəbul ediləcəyini bilərək söyləməkdir. Başqa sözlə desək, ikibaşlı sözlərə tövriyə demək olar. Yalan danışmaq günah olduğu üçün yalandan qaçmaq məqsədilə bəzi hallarda tövriyədən istifadə etmək olar. Yəni tövriyə bəzi hallarda yalan danışmamaq üçün vəziyyətdən çıxış yoludur. Tövriyə necə edilir? Çoxmənalı sözdən istifadə etdikdə ilk baxışdan onun zahir mənası başa düşülsə də, biz həmin mənasını qəsd eləmirik, onun başqa mənasını qəsd edirik. Məsələn: Bir nəfər zəng vurub məndən soruşur: Oğlun evdədir? Mən isə oğlumun evdə olduğunu bilməyini istəmirəm. Mən cavab verirəm: Burada yoxdur. Burada kəlməsini deyəndə mən oğlumun olmadığı hər hansı bir yerə baxıb "biurada" deyəndə həmin nöktəni qəsd eləmişəm. Tövriyə yalan deyil ki? Xeyir. Yalan deyil. Çünki yalan - həqiqətə uyğun olmayan hər hansı bir şeydən xəbər verməyə deyilir. Gördüyünüz kimi tövriyə həmin tərifə şamil deyil. Çünki tövriyədə biz həqiqətə uyğun bir şeydən xəbər veririk. Bəzi sual-cavablar: Sual: Tövriyə nədir? Hansı hallarda işlənə bilər? Cavab: Danışdığın adamdan əsl mənasını gizlədib zahiri mənanı anlatmağa deyilir. Tövriyə özü özlüyündə caizdir, lakin ona ikinci ünvanlarla qadağa edilə bilər, məsələn, müamilədə (ticarətdə və sair) ğişş (saxtakarlıq) və bu kimi halların baş verməsi.00:38:25
30 Mar 2022
@sheyx:matrix.org@sheyx:matrix.org invited @ferqan:matrix.org@ferqan:matrix.org.17:59:16
@sheyx:matrix.org@sheyx:matrix.org withdrew @ferqan:matrix.org@ferqan:matrix.org's invite.18:01:38
@sheyx:matrix.org@sheyx:matrix.org invited @simales:matrix.orgsimales.18:01:49
@simales:matrix.orgsimales joined the room.18:03:06
12 Apr 2022
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: İnsan öz bədən orqanlarını dünyasını dəyişəndən sonra kiməsə bağışlaya bilərmi?
Cavab:
Həmin müsəlman ki üzvü ona vəsiyyət etmək istəyir həyatı həmin üzvdən asılı olsa caizdir. Əks halda ehtiyat vacibə əsasən caiz deyil .
09:50:04
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Qeybət edən şəxs qeybət olunan şəxsdən halallıq alması vacibdir?
Cavab: Əgər zərərə səbəb olmasa və halallıq almaqla qebət olunan möminin hörmətinin bərpasına səbəb olsa ehtiyat vacibə əsasən halallıq almaq lazımdır.
09:50:36
@sheyx:matrix.org@sheyx:matrix.org Imsak - orucu batil edən işlərdən çəkinmək.
Iftar - orucu batil etmək, açmaq.
09:50:48

Show newer messages


Back to Room ListRoom Version: 5