!zBaCXLuvDyrCZzvViK:matrix.org

Mübtəla olan şəriət məsələləri

9 Members
3 Servers

Load older messages


SenderMessageTime
24 Dec 2019
@studentonly:matrix.org@studentonly:matrix.org invited @ujas:matrix.org@ujas:matrix.org.19:42:10
@ujas:matrix.org@ujas:matrix.org joined the room.19:42:47
@ujas:matrix.org@ujas:matrix.orgRedacted or Malformed Event19:42:54
@studentonly:matrix.org@studentonly:matrix.orgchanged room power levels.19:43:42
@ujas:matrix.org@ujas:matrix.org left the room.19:49:40
@studentonly:matrix.org@studentonly:matrix.orgBismilləhirrahmənirrahim. Salam əleykum və rəhmətullah. In şa Allah burada faydalı şərait məsələləri ilə tanış ola bilərsiniz..19:51:55
@studentonly:matrix.org@studentonly:matrix.org Bir insan birini vurmaq nəticəsində onun zərbə vurduğu yer qızarsa onun deyəsi 1/8 misqal (0,58qram qızılın qiyməti), əgər zərbə yeri yaşıl olsa 2,25misqal (10, 44 qram qızılın qiyməti), əgər zərbə yeri qaralsa 4,5 misqal (20,88qram qızılın qiyməti)...
Həmin zərbə bədəndə olsa onun deyəsi üzdə olan diyənin yarısıdır.
Allah hamımızı qorusun.
19:52:08
@studentonly:matrix.org@studentonly:matrix.org

Sual: Salam əleykum. səfər edən zaman mesafeni getdiyim məntəqənin girişinə gədər yoxsa bu məntəqədə getdiyim yerə qədər hesab etməliyəm?
Cavab ; Allahın adı ilə

Həmin şəhər sizin vətəniniz deyilsə, getdiyiniz yerin özünə qədər hesablamalısınız, getdiyiniz şəhərə qədər yox.
Bu sualın cavabını seyyid sistanin saitindan almışam... Və özüm də dəqiqləşdirmişəm.

19:52:18
@studentonly:matrix.org@studentonly:matrix.org Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun) cənablarının bir qrup mömin gəncin məktubuna cavablanan tövsiyələri - Arxiv - ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI
http://www.sistani.org/azari/archive/25333/
19:52:35
@studentonly:matrix.org@studentonly:matrix.org

Qədr gecəsinin ən yaxşı əməli hansıdır?

Həyatımızda elə zamanlar vardır ki, onlardan bəhrələnərək daha çox axirət faydası qazana bilərik. Bu zamanlardan biri də Qədr gecəsi və onun əhyalarıdır. Allahını, Peyğəmbərini (s) və Əhli-beytini (ə) tanıyan hər bir insan bu gecələrin intizarını çəkər. Ondan ən yaxşı şəkildə faydalanmaq istəyər. Çalışaq ki, bu əhya gecələri əvvəlki gecələrdən feyz və inayəti ilə fərqlənsin.

İmam Əli (ə) buyurur:“Fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin”. Bizim həyatımızda olan bu fürsətlər qızıl və gümüşdən də dəyərlidir. Bu dəyərli fürsətin qədrini bilək və onu qənimət bilək.

Bu gecənin özünəməxsus əməlləri vardır ki, o cümlədən: qüsl, dua, Quranı və Əhli-beyti (ə) vasitə qərar vermək, İmam Hüseynin (ə) ziyarəti, xüsusi namaz kimi.

Bu gecəni başqa gecələrdən fərqləndirən cəhət odur ki, bu gecədə Quran nazil olmuşdur. Bu gecə ona görə əzizdir ki, insanın hidayət olmaq zəminəsini hazırlayır. Hədəf - Allaha çatmaqdır, bu İlahi səfər isə mərifət olmadan mümkün deyildir. Quran və dua oxumaq bəyənilən əməllərdəndir. Ancaq əgər onları nə üçün oxuduğun haqqında düşünməsən və təfəkkür etməsən, faydası və əcri az olar.

Ona görə də bu gecələrdə edilə bilən ən yaxşı əməl - təfəkkür etmək və düşünməkdir. Əgər Quran oxuyuruqsa, mənasına diqqət edək. Əgər dua oxuyuruqsa, bizə nə dediklərinə qulaq verək. Min gecədən üstün olan bu gecələrdə fikirlərimizi nizama salaq və Allahla əhd bağlayaq ki, etdiyimiz bütün işləri düşünüb edəcəyik.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat təfəkkür bir il ibadətdən daha yaxşıdır”. Əlbəttə o kəs təfəkkür etməyə müvəffəq olar ki, Allah ürəyini tövhid və mərifət nuru ilə işıqlandırmışdır. Ubudiyyət və bəndəlik yolunda addımlayır. Məxluqlar haqıqnda təfəkkür etmək - insanı aləmlərin Məbdəsinə çatdırar və Onun ali sifətləri ilə tanış edər. Öz nəfsin haqqında təfəkkür etmək Allah Təalanın əmrlərinə itaət etməyi təlim verər. Əməl və rəftar haqqında təfəkkür etmək insanı öz eyb və nöqsanlarına agah edər. Keçmişdəkilər haqqında təfəkkür etmək əməllərin nəticəsi və xoşbəxtliyin mərhələləri haqqında məlumat verər. Təfəkkür elə bir vasitədir ki, bəndəlik məqamına onsuz çatmaq mümkün deyildir.

Qədr gecəsi elə bir gecədir ki, İlahi ərşin qapıları açılar və mələklər yerə enməyə tələsərlər. Bu gözəl dəqiqələr bir daha təkrar olmayacaqdır. Ona görə də əllərini açıb, İlahi rəhməti hiss et. Bu gecə hər yerdə İlahi nişanə vardır.

Allaha bizə bu fürsəti verdiyi üçün şükür edək və deyək ki: “Allahım! Sənə şükür edirəm ki, Qədr gecələrini günahdan paklanmaq üçün yol və vasitə qərar vermisən. Qədr gecələri Səninlə barışmaq üçün ən yaxşı fürsətdir. Bizləri bu aydan bağışlanmış halda çıxart. Əllərimi Sənə tərəf açmışam və əllərimi dərgahından boş qaytarma. Əllərimi tut və məni səadət qapılarından içəri al”.

19:52:49
@studentonly:matrix.org@studentonly:matrix.org

Nəql olunub ki imam Sadiq əleyhissələm and içib ki : kim bu gecədə ənkəbut və rum surələrini oxusa cənnət əhlindən olar..

Ənkəbut surəsindən iki ayə yadınıza salmaq istəyirəm:
1.Qur´anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e´tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! (Ənkəbut 45).
2.Bizim uğrumuzda cihad edənləri (çalışanları) öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö´minlərin tərəfində durar!) (Ənkəbut 69)..

19:53:10
@studentonly:matrix.org@studentonly:matrix.org Bismillah.
Salam əleykum və rəhmətullah.
Sual: oruc tutmamağa üzrü olan şəxs açıq aşkarda yemək yeyib su içə bilərmi?
Cavab : Əgər açıq aşkarda yeyib-içmək Ramazan ayının hörmətinin aradan getməsinə səbəb olsa caiz deyil. Məgər ki o insanın üzrü zahir olsun(yəni o insanın üzürlü olduğu zahirdə bilinsin.. Məsələn çox qoca olsun ya xəstə olduğu qıraqdan görünsün)
19:53:27
@studentonly:matrix.org@studentonly:matrix.org Salam əleykum və rəhmətullah.
Xums iki hissədən ibarətdir :
1.Seyyid malı.
2.Imam(əleyhimussalam) malı.
Seyyid malı fəqir və ya miskin seyyidlərə verilməlidir. Seyyid malı vermək üçün müctəhidin izni lazım deyil.
İmam malı fəqir,dindar və zəruri ehtiyacı olan möminlərə verilməlidir. İmam malı vermək üçün müctəhidin izni lazımdır ehtiyat vacibə əsasən.. Lakin seyyid Sistani azərbaycan möminlərinə izn verib ki azərbaycan möminləri müctəhiddən izn almadan özləri İmam malını zəruri ehtiyacı olan dindar fəqirlərə versinlər(mən özüm seyyid Sistanin oğlundan soruşmuşam). Bu ancaq Azərbaycan Respublikası ərazisində olan möminlərə aiddir.. Digər ölkədə olan möminlər seyyid sistanin vəkillərinə müraciət etməlidir.
Sizə kimsə desə filan vəkil deyir ki belə şey yoxdur.. Narahat olmayın.. Ola bilsin vəkil bilmir. Çünki vacib deyil ki vəkil hər şeyi bilsin))
19:53:46
@studentonly:matrix.org@studentonly:matrix.org Salam əleykum və rəhmətullah.
Xums iki hissədən ibarətdir :
1.Seyyid malı.
2.Imam(əleyhimussalam) malı.
Seyyid malı fəqir və ya miskin seyyidlərə verilməlidir. Seyyid malı vermək üçün müctəhidin izni lazım deyil.
İmam malı fəqir,dindar və zəruri ehtiyacı olan möminlərə verilməlidir. İmam malı vermək üçün müctəhidin izni lazımdır ehtiyat vacibə əsasən.. Lakin seyyid Sistani azərbaycan möminlərinə izn verib ki azərbaycan möminləri müctəhiddən izn almadan özləri İmam malını zəruri ehtiyacı olan dindar fəqirlərə versinlər(mən özüm seyyid Sistanin oğlundan soruşmuşam). Bu ancaq Azərbaycan Respublikası ərazisində olan möminlərə aiddir.. Digər ölkədə olan möminlər seyyid sistanin vəkillərinə müraciət etməlidir.
Sizə kimsə desə filan vəkil deyir ki belə şey yoxdur.. Narahat olmayın.. Ola bilsin vəkil bilmir. Çünki vacib deyil ki vəkil hər şeyi bilsin))
19:54:26
@studentonly:matrix.org@studentonly:matrix.org

Bismillah
Salam əleykum və rəhmətullah
Sual : Xumsu verən zaman qurbət qəsdi lazımdırmı?
Cavab : Ehtiyat vacibə əsasən xumsu qurbət qəsdi ilə versin.. Amma qurbət qəsdi olmadan versə kifayət edər.. (yəni bir insan istər müsəlman olsun ya kafir ilin axırında malının xumsunu çıxarsa qurbət qəsdi olmasa da o xums boynundan düşər)..

Salam əleykum.
Sual :Cümə ğuslunun qəzası varmı?
Cavab :Bəli,cümə ğuslunun qəzası var.. Onun vaxtı cümə günün məğribindən şənbə günün ğurubuna qədər.. Cümə ğuslunun qəzası dəstəmazı əvəz edir (dəstəmaz almağa ehtiyac yoxdur)

Bismilləh.
Salamun ələykum və rahmətullah.
Sual: Elektron və ya adi məktubla bizə salam versələr və yaxud səslə göndərsələr onun cavabını vermək vacibdirmi?
Cavab: Xeyir,vacib deyil.

Sual:Mən dövlət müəssisəsində işləyirəm ..Bəzən özümə lazım olan şeyləri oradan gətirirəm.Bunun hökmü nədir?
Cavab:Bu iş caiz deyil.Həmin şeyləri ora qaytarmaq lazımdır.Əgər heç cür mümkün olmasa həmin şeylərin özünü və ya qiymətini dindar bir fəqirə sədəqə vermək lazımdır.. Ehtiyat vacibə əsasən sədəqə vermək üçün şəri hakimdən izn alınmalıdır..

Şeyx Məkarim Şirazinin üsuliddin haqqında kitabı:
https://play.google.com/store/apps/details?id=com.appmk.book.AOVHGFIUPMVQHOGX

Bismilləhirrahmənirrahim
Salamun əleykum və rahmətullah!
Sual: Mənim namazda tez-tez fikrim yayınır. Namazda necə fikrimi toplaya bilərəm?

Cavab: Namazda fikri toplamaq üçün ən yaxşı yol budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (əleyhis-salam) demişdir: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar.” Bir hədisdə nəql olunur ki, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə dedi: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimin dərgahına minacat edirsən və sənə kim baxır.”

19:54:36
@studentonly:matrix.org@studentonly:matrix.org

Bismilləh.
Salamun əleykum və rahmətullah!

      Ruzunu artırmaq üçün bir neçə əməl:

1)Çoxlu istiğfar(Allahdan bağışlama istəmək)(Quranda :Və dedim ki: «Öz Rəbbinizdən bağışlanmaq diləyin.Çünki O, çox bağışlayandır. Göydən (buluddan) sizə bol yağış göndərsin. Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».
Nuh surəsi 10,11,12);
2)Sədəqə vermək(Rəvayətlərdə varid olub ki sədəqə ruzunun açarıdır);
3)Möminin öz mömin qardaşı barəsində dua etməsi(Rəvayətlərdə varid olub ki, başqası barəsində edilən dua mustəcab olar);
4) Sübh azanı ilə gün çıxma arasında olan vaxtlarda Allah təlanı zikr etmək(Rəvayətlərdə varid olub ki,həmin əməl işləyib ruzu qazanmaqdan daha faydalıdır);
5)Ruzunu kəsən günahlardan çəkinmək;
6)Sileyi-rəhm (yaxın qohumları ilə əlaqə saxlamaq);
7)Qonşularla gözəl rəftar etmək;
8)Yemək yedizdirmək(başqa insanlara yemək vermək);
9)Ailə qurmaq.
Allah sizi müvəffəq etsin Mühəmməd və onun əhli beytinə xatir!

19:54:47
@studentonly:matrix.org@studentonly:matrix.org Bismilləhirrahmənirrahim.
Salamun əleykum və rahmətullah.
Müstəhəb qurbanın hökmləri :
1.Qurban kəsmək imkanı olan şəxs üçün təkid olunmuş müstəhəblərdəndir, və o kəs ki qurbanlıq heyvanı almağa imkanı var amma onu tapa bilmirsə müstəhəbdir ki onun qiymətini sədəqə versin. Və qurban heyvanlarının qiymətləri fərqli olsa ən ucuz qiyməti ilə sədəqə vermək kifayət edir.
2.Caizdir ki insan özü tərəfindən və ailəsi tərəfindən bir heyvan kəssin. Həmçinin caizdir ki bir neçə nəfər yığışıb bir heyvan kəssinlər, xüsusən əgər heyvan tapmaq çətin olsa və ya qiyməti baha olsa.
3.Qurban kəsməyin ən yaxşı vaxtı bayram günü (zilhiccənin 10u) gün çıxandan bayram namazının miqdarında vaxt keçdikdən sonra.. Və onun vaxtı 3 gün davam edir.. Buna baxmayaraq yaxşı olar ki bayram günü kəsilsin.
4.Qurbanlıq heyvanı gərək üç heyvandan biri olsun: dəvə, inək və qoyun. Və ehtiyat vacibə əsasən caiz deyil(yəni kifayət etməz) ki dəvə 5 yaşdan, inək və keçi 2 yaşdan, qoyun 7 aydan balaca olsunlar.
5.Vacib qurbanda (yəni Minada) gərəkli olan xüsusiyyətlər müstəhəb qurbanda vacib deyil, və caizdir ki eybi olan heyvanı kəssinlər(bir gözü olamyan, ayağı əyri, quyruğu və qulağı kəsik, arıq və.s.). Amma ehtiyat müstəhəb və daha yaxşıdır ki sağlam, kök, eyibsiz heyvan olsun. Və mekruhdur ki insan özü tərbiyə etdiyi heyvanı qurban kəssin.
6.Caizdir ki kəsilmiş heyvanın üçdə birini özü və ailəsi üçün götürsün və digər üçdə birini möminlərdən kimə istəsə versin və digər üçdə birini isə yaxşı olar ki müsəlman fəqirlərə sədəqə versin.
7.Qurbanın dərisini sədəqə vermək müstəhəbdir. Və məkruhdur ki o dərini heyvanı kəsənə ücrət (əvəz olaraq) verə, və caizdir ki onu namaz qılmaq üçün qərar versin və ya onunla ev ləvazimatı alsın.
19:55:20
@studentonly:matrix.org@studentonly:matrix.org

HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDASI

Məsələ 2556: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- Nəfəs borusu, 2- Udlaq (yemək borusu) 3-4-Hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, ehtiyat-vacibə görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.

Məsələ 2557: Əgər dörd damardan bəzisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır.

Məsələ 2558: Əgər qurd qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olur və həmçinin əgər hulqumundan da bir şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa, ya bədəninə birləşik qalsa, o qoyun ehtiyat-vacibə əsasən haram olur. Amma bədəninin başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və pak olar. Bu hökm təkcə qurd ilə qoyuna aid deyil.

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ

Məsələ 2559: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:

  1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, ehtiyat-vacibə əsasən o heyvan halal olmur.
  2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil (biz nerjaveyka deyirik) bıçaqla kəsmək kifayət deyil (yeni pak olmaz). Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
  3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
  4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
  5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
  6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
  7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.

Məsələ 2560: Ehtiyat-vacibə əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin ehtiyat-vacibə görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək icazəli deyildir.

19:55:33
@studentonly:matrix.org@studentonly:matrix.org

Məsələ 2564: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəbb bilmişlər(rəca qəsdi ilə yerine yetirmək lazimdir):

  1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbdir.
  2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.
  3. Heyvanı, az əzab-əziyyət çəkəcək şəkildə kəssinlər; məsələn: bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər.

HEYVAN KƏSƏNDƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 2565: Bəzi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır( kim bu məkruhlardan çəkinmək istəsə gərək rəca qəsdi ilə çəkinsin) :

  1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq.
  2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək.
  3. Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda, məkruh deyil.
  4. İnsanın özünün bəslədiyi dörd ayaqlı heyvanın başını kəsməsi.
19:55:42
@studentonly:matrix.org@studentonly:matrix.org

Məsələ 1499: Fitr və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Həmd və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.

Məsələ 1500: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:
أَللَّهُمَّ أَهلَ الْكِبْرِياءِ وَالْعَظَمَةِ وَأَهْلَ الْجُودِ وَالْجَبَرُوتِ وَأَهْلَ الْعَفْوِ وَالرَّحْمَةِ وَأَهْلَ التَّقْوَى وَالْمَغْفِرَةِ أَسْأَلُكَ بَحَقِّ هَذَا الْيَوْمِ الَّذِى جَعَلتَهُ لِلْمُسْلِمِينَ عِيداً وَلِمُحَمَّدٍ صَلىَّ اللهُ عَلَيْهِ وَآلِهِ ذُخْراً وَشَرَفًا وَكَرَامَةً وَمَزِيداً أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تُدْخِلَنىِ فِى كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَأَنْ تُخْرِجَنِى مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ أَللَّهُمَّ إِنِّى أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ بِهِ عِبَادُكَ الصَّالِحُونَ وَأَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنهُ عِبَادُكَ الْمُخْلصُونَ.
Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Məsələ 1501: İmam (ələyhis-salam) qayib olan zamanda, əgər Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, ehtiyat-lazım budur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Məsələ 1502: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rəkətində «Şəms» (91-ci surə) surəsini və ikinci rəkətində «Ğaşiyə» (88-ci surə) surəsini oxusun və yaxud birinci rəkətdə «Səbbihismə» (87-ci surə) surəsini və ikinci rəkətdə «Şəms» (91-ci surə) surəsini oxunsun.

Məsələ 1503: Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə müstəhəbdir ki, Məscidül-Həramda qılınsın.

Məsələ 1504: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Məsələ 1505: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər fürada qılsın, həmd-surəni uca səslə oxuması müstəhəbdir.

19:55:52
@studentonly:matrix.org@studentonly:matrix.org

Qədir-Xum gününün müstəhəb əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”.

İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Qədir günündə qüsl almaq(rəca niyyətə ilə), təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

19:56:06
@studentonly:matrix.org@studentonly:matrix.org Sual:Siçanın ağız suyu nəcisdirmi?Əgər siçan hər hansı bir yeməkdən yesə o yeməyi yemək olar?
Cavab:Xeyr,siçanın ağız suyu pakdır və həmin yeməyi yemək olar.
19:56:31
@studentonly:matrix.org@studentonly:matrix.org

Məsələ 2322. Əgər bir bölgədə adətə görə insan qızının cehizini illər ərzində tədricən alırsa və cehizin bu qaydada alınmaması insanın sosial vəziyyətinə uyğun deyilsə (hətta onu lazım olan vaxt ala bilməyəcəyi baxımından olsa belə) və bu, onun adına xələl gəlməsinə səbəb olacaqsa, il ərzində həmin ilin gəlirləri ilə ehtiyac duyulan cehizlik malların özünün sosial vəziyyətinə görə artıq olmayan bir qismini aldığı və ürfən (insanların nəzərində) bir il ərzində həmin miqdarda cehizliyin alınması normal illik xərclərdən sayıldığı təqdirdə onun xümsünü verməsinə gərək yoxdur. Ancaq maddi imkanı olan, qızının cehizini ehtiyac duyulduğu il bir dəfəyə ala bilən və cehizin tədricən alınmaması sosial vəziyyətinə xələl gətirməyən şəxs əgər qızının cehizini tədricən alarsa və üzərindən bir il keçərsə, onun xümsünü verməlidir. Oğulun yaşayışı üçün ehtiyac duyulan şeylərin alınması ilə əlaqədar hökm də eynilə qıza cehiz alınması ilə bağlı hökm kimidir.

Qeyd etmək lazımdır ki, gələcəkdə istifadə ediləcək cehiz, yaxud əşyaların alınması və ya toy məclisinin xərclərini təmin etmək üçün yığılan pul və gəlir hətta yuxarıdakı şərtlərə cavab versə belə, xüms ilinin sonunda xümsü verilməlidir.

19:56:41
@studentonly:matrix.org@studentonly:matrix.orgMəsələ 2323.İl ərzində əldə etdiyi gəlir hesabına tədricən özü üçün yaşayış evi tikən, məsələn, birinci il torpağı satın alan, ikinci il ehtiyac olan tikinti məhsullarını satın alan və sonrakı illərdə tədricən evi inşa edən şəxs ilin sonunda həmin malların xümsünü verməlidir. Lakin əgər həmin ev onun hal-hazırda ehtiyacı olan yaşayış evidirsə, onun sosial vəziyyətinə uyğundursa, ev sahibi olmağın yeganə yolu onun tədricən tikilməsidirsə və onun kimi insanlar adətən evlərini tədricən tikirlərsə, ev sahibi olmaq üçün hazırlıq işlərinin görülməməsi ürfən (insanların nəzərində) sözügedən şəxsin şəninə xələl gətirirsə və onun ailəsinə qarşı səhlənkarlığı və onların gələcəyinə dair biganəliyi hesab edilirsə, bu halda istisna olaraq evi tədricən tikdiyi və elə tikintisinin başa çatdığı ildən etibarən həmin evdə məskunlaşdığı təqdirdə onun xümsünün verilməsi lazım deyil. Lakin gələcəkdə ev tikmək üçün yığılan pul hətta qeyd edilən şərtlərə cavab versə belə, xümsü verilməlidir.19:56:52
@studentonly:matrix.org@studentonly:matrix.org Sual: Müvəqqəti kəbin necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar?
Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqdin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin:
زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ
«Zəvvəctukə nəfsi fil-muddətil-məluməti ələl-məhril-məlum». Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin:
قَبِلْتُ
«Qabiltu». Bununla da əqd səhihdir.
Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyan bir qız ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından, icazə alsın. Ehtiyat-vacibə əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.
Həmçinin kişi qadının əvəzində vəkil olaraq nikah oxumaq istədikdə - qadını müvəqqəti nikahın məzmunu ilə xülasə də olsa tanış etdikdən, mehriyyə və müddəti müəyyən etdikdən sonra – kişi desin:
زوجت موكلتي لنفسي في المدة المعلومة على المهر المعلوم .
“Zəvvəctu muvəkkiləti linəfsi fil-muddətil məluməti ələl-məhril məlum”.
Nikah müddəti ərlə arvadın və yaxud onların birinin ehtimalı ömründən çox olmamalıdır
19:57:00
@studentonly:matrix.org@studentonly:matrix.org

Ayın əvvəlinin namazı

Məsələ 1846. Müstəhəb namazlardan biri də qəməri təqvimlə
hər ayın ilk günü “ayın əvvəlinin namazı” adlandırılan iki rükət namazdır. Bu namazın qılınma qaydası belədir: namaz qılan bu namazın birinci rükətində Həmd surəsindən sonra otuz dəfə İxlas, ikinci rükətdə Həmd surəsindən sonra isə otuz dəfə Qədr surəsini oxumalı və namazdan sonra imkan daxilində sədəqə verməlidir. Bu namaz ayın ilk gününün istənilən vaxtında qılına bilər. Həmçinin, bu namazdan sonra aşağıdakı ayələrin oxuması müstəhəb sayılmışdır:
بسم الله الرحمن الرحيم وما من دابة في الأرض إلا على الله رزقها ويعلم مستقرها ومستودعها كل في كتاب مبين.
بسم الله الرحمن الرحيم وإن يمسسك الله بضر فلا كاشف له إلا هو وإن يمسسك بخير فهو على كل شيء قدير.
بسم الله الرحمن الرحيم سيجعل الله بعد عسر يسراً.
ما شاء الله لا قوة إلا بالله.
حسبنا الله ونعم الوكيل.
وأفوض أمري إلى الله إن الله بصير بالعباد.
لا إله إلا أنت سبحانك إني كنت من الظالمين.
ربِّ إني لما أنزلت إلي من خير فقير.
ربِّ لا تذرني فرداً وأنت خير الوارثين.
“Bismilləhir-rahmənir-rahim. Və mə min dəbbətin fil-ərzi illə ələllahi rizquhə, və yə'ləmu mustəqarrahə və mustəvdəəhə, kullun fi kitəbin mubin. Bismilləhir-rahmənir-rahim. Və in yəmsəskəllahu bizurrin fələ kəşifə ləhu illə huvə, və in yuridkə bixayrin, fələ raddə lifəzlihi, yusibu bihi mən yəşa u min ibədihi, və huvəl-ğafurur-rahim.
Bismilləhir-rahmənir-rahim. Səyəcəlullahu bə'də usrin yusra. Mə şə əllahu lə həvlə və lə quvvətə illə billəhi. Həsbunəllahu və ni'məl-vəkilu. Və ufəvvizu əmri iləllah. İnnəllahə bəsirun bil-ibəd. Lə ilahə illə əntə, subhənəkə inni kuntu minəz-zalimin. Rabbi inni limə ənzəltə iləyyə min xayrin fəqir. Rabbi lə təzərni fərdən və əntə xayrul-vərsin.
Bu namazı qılmaqla ayın salamatlığını almış olursunuz.
Allah müvəffəq eləsin!

19:57:23
@studentonly:matrix.org@studentonly:matrix.org

Sual: Mənim namazda tez-tez fikrim yayınır. Namazda necə fikrimi toplaya bilərəm?

Cavab: Namazda fikri toplamaq üçün ən yaxşı yol budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (əleyhis-salam) demişdir: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar.” Bir hədisdə nəql olunur ki, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə dedi: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimin dərgahına minacat edirsən və sənə kim baxır.”

19:57:51
@studentonly:matrix.org@studentonly:matrix.org Bismillah.
Salam əleykum və rahmətullah!
Sual: Əhli kitabdan olan kafirləri bayramları münasibətilə təbrik etmək olarmı??
Cavab: Əhli kitabdan olan kafirləri və başqaları onların qeyd etdiyi bayramlar münasibətilə təbrik etmək caizdir.
19:58:03
@studentonly:matrix.org@studentonly:matrix.org Yeməyin ədəblərindən sayilmışdır:
1.Yeməkdən qabaq əlləri yumaq.
2.Yeməkdən sonra əlləri yumaq,ondan sonra dəsmal ilə qurutmaq.
3.Yemək sahibi hamıdan qabaq yeməyə başlasın və hamıdan sonra qurtarsın.Yeməkdən qabaq əlləri yumaq yemək sahibindən başlasınlar,sonra sağında olanlar ta ki sol tərəfdə dövrə qurtarana qədər.Yeməkdən sonra əlləri yumaq isə yemək sahibinin solunda başlasınlar ta ki yemək sahibinə qurtarana qədər.
4.Yeməyə başlayanda "Bismillah" demək.
5.Sağ əllə yemək yemək.
6.Üç və ya daha artıq barmaqla yemək.İki barmaqla yeməmək.
7.Süfrədə bir neçə nəfər olsa qabağında olan yeməkdən yemək,və başqaların qabağından yeməmək götirməmək.
8.Balaca loğma götürüb yemək.
9.Yeməyi və süfrədə oturmağı uzatmaq.
10.Yaxşı çeynəmək.
11.Yeməyi bitirdikdən sonra Allaha həmd etmək(əlhəmdulillah demək).
12.Barmaqlarını yalasın.
13.Yeməkdən sonra dişlərinin dibini təmizləmək.Reyhanin,narın,qamışın çubuğu ilə təmizləməsin.
14.Süfrəsinin qırağına tökülən yemək qırıntılarını yığıb yesin.Amma səhra və çöldə olsa müstəhəbbdir ki onları heyvan və quşlar üçün qoysun.
15.Səhər və axşam vaxtı yesin.Bunların arasında yeməsin.
16.Yeməkdən sonra bel üstə uzansın və sağ ayağı sol ayağının üstünə qoysun.
17.Duzla başlayıb və qurtarsın.
18.Meyvəni su ilə yusun.
19.Tox olan halda yeməsin.
20.Yeməkdən tam doymasın(yəni qarnını qoldurmasın).
21.Yemək zamanı insanların üzlərinə baxmasın.
22.İsti yemək yeməsin.
23.Yemək və içməyə ufürməsin.
24.Süfrəyə çörək qoyulsa başqa şeyi gözləməsin.
25.Çörəyi bıçaqla doğramasın.
26.Çörəyi qabın altında qoymasın.
27.Əti elə yeməsin ki sümükdə ət qalmasın.
28.Qabığla yeyilən meyvələrin qabığını soymasın.
29.Meyvəni tamam yeməmiş atmasın.
19:58:27
@studentonly:matrix.org@studentonly:matrix.org Su içmək ədəblərindən sayilmışdır:
1.Suyu qurtumla içmək.
2.Gündüz ayaq üstə su içmək.
3.İçməkdən qabaq"bismillah"demək,qurtarandan sonra isə"əlhəmdulillah" demək.
4.Üç nəfəsə suyu içmək.
5.Suyu rəğbət və ləzzətlə içmək.
6.Su içməkdən sonra Hüseyn və onun əhli beytini zikr etmək(yada salmaq).Və onun qatillərini lənət etmək.
7.Çox su içməmək.
8.Gecə ayaq üstə su içməmək.
9.Su qədəhin qırıq yerindən və tutacağı olan yerdən su içməmək.
10.Yağlı yeməyin üstünə su içməmək.
11.Sol əllə su içməmək.
19:58:33

Show newer messages


Back to Room ListRoom Version: 5