!zBaCXLuvDyrCZzvViK:matrix.org

Mübtəla olan şəriət məsələləri

8 Members
3 Servers

Load older messages


SenderMessageTime
24 Dec 2019
@studentonly:matrix.org@studentonly:matrix.org Bismilləhirrahmənirrahim.
Salamun əleykum və rahmətullah!
Sual: Yeni il bayramını qeyd etmək olarmı?
Cavab: Əgər onda küfrü və fəsadı yaymaq olsa caiz deyil.
(Yəni: Əgər olmasa olar).
Mənbə: Seyyid Sistaninin istiftaatı.
19:58:49
@studentonly:matrix.org@studentonly:matrix.org Bismilləhirrahmənirrahim.
Sual : Xums verməyən adamın evində yemək yemək olar?
Cavab: Olar.
19:59:24
@studentonly:matrix.org@studentonly:matrix.org

Sual: Kampüterdə şahmat və nərd oynamaq olarmı?
Cavab: Vacib ehtiyata əsasən icazəli deyil.

Sual: Mən başqa şəhərdə yaşayan dostumla kampüter vasitəsilə şahmat və nərd oynaya bilərəmmi?
Cavab: Vacib ehtiyata əsasən haramdır.

20:01:03
@studentonly:matrix.org@studentonly:matrix.org Salam əleykum!
Sual: Əgər bir nəfər birini vurmaq nəticəsində onun dərisi sıyrılsa (qopsa) və ya qanasa diyəsi nə qədər olur?
Cavab : Əgər dərisi qopsa 26 misqal və misqalın dördə bir hissəsi gümüş. Bu da 121,8 qrama bərabərdir.
Əgər qanasa 105 misqal gümüş vacib olar. Bu da 487,2 qrama bərabərdir.
20:02:49
@studentonly:matrix.org@studentonly:matrix.org Mustəhəbb qurbanın hökmləri:
1) Qurban kəsməyə imkanı olan üçün qurbanlıq heyvan kəsmək tə'kidli mustəhəbbdir, və o kəsin ki onu almağa imkanı var amma heyvan tapa bilmir mustəhəbbdir ki onun qiymətini sədəqə versin. Əgər qiymətlər müxtəlif olsa ən az qiyməti götürüb sədəqə vermək kifayətdir.
2)Caizdir ki insan özünün və ailəsinin adından bir heyvan kəssin, həmçinin caizdir ki bir heyvanı bir neçə adamla bir yerdə kəssin,məxsusən əgər heyvan qıtlığı olsa və qiyməti baha olsa.
3) Qurban kəsmək üçün ən fəzilətli vaxt gün çıxandan sonra və bayram namazının vaxtı keçən vaxtdan sonra başlayır və Minada 4 gün(başqa yerlərdə 3 gün) davam edir. Amma yaxşı olar ki Minada birinci 3 gündə kəsilsin, digər yerlərdə isə bayram günü.
4)Gərəkdir ki qurban dəvə, inek(camış) və ya qoyun(keçi) olsun. Və ehtiyat vacib budur ki dəvə ən azı 5 yaşlı, inək ən azı 2 yaşlı, qoyun isə ən azı 7 aylıq olsun.
5) Vacib qurbanda olan şərtlər mustəhəbb qurbana aid deyil. Ona görə də caizdir ki kör, ayağı əyri, qulaqları kəsik , quyruğu kəsik və bunun kimi əyibi olan heyvanı qurban kəssin. Amma yaxşı olar ki sağlam, nöqsanı olmayan, kök heyvan kəssin. Və məkruhdur ki özü tərbiyə etdiyi heyvanı kəssin.
6)Qurvan kəsən adam heyvanın üçdə bir hissəsini özünə götürə ya ailəsinə yedizdirə bilər, həmçinin caizdir ki digər üçdə bir hissəsini istədiyi möminə hədiyyə etsin, və yaxşı olar ki obiri üçdə bir hissəsini müsəlman fəqirlərə sədəqə versin.
7)Qurbanın cildini (dərisini) sədəqə vermək mustəhəbbdir, onu heyvanı kəsənə muzd olaraq vermək məkruhdur, və caizdir ki onu səccadə(namaz yeri) qərar versin və ya onunla ev avadanlıq alsın.
8)Qurbanlıq əqiqə əvəzinə kifayətdir. Buna görə da kimin əvəzinə qurban kəsilsə əqiqə əvəzinə kifayətdir.
Allah sizi müvəffəq eləsin!
20:04:54
@studentonly:matrix.org@studentonly:matrix.org

Sual: İnsan nikah əqdi öz dilində oxuya bilər ?
Cavab: Əgər ərəb dilində oxuya bilmirsə öz dilində oxuya bilər.

Sual: Azərbaycan dilində müvəqqəti nikah əqdi necə oxunur?
Cavab: Mehr və müddəti müəyyənləşdidikdən sonra qadın deyir: Müəyyən olunmuş mehr və vaxtda özümü sənə zövcə etdim.
Kişi deyir: Qəbul etdim.

20:05:11
@studentonly:matrix.org@studentonly:matrix.org Məsələ 394 (Minhacussalihin):
Doğulan uşaq üçün, istər oğlan olsun ya qız, əqiqə qurbanı kəsmək müstəhəbdir. Və mustəhəbbdir ki bu iş yeddinci günündə olsun. Birdən kəsməsələr mustəhəbbliyi aradan getməz. Əksinə özü böyəndən sonra özü üçün kəsə bilər. Həmçimin özü kəsməsə öz həyatında başqası onun ölümündən sonra onun üçün kesə bilər.
Gərək kəsilən heyvan ya dəvə ya inək ya da qoyundan olsun. Həmin heyvanın qiymətini sədəqə vermək kifayət etməz. Bəli, qurbanlıq əqiqə əvəzinə kifayət edər. Əgər onun əvəzinə qurbanlıq kəsilsə əqiqə üçün da kifayət edir.
Mustəhəbbdir ki əqəqə heyvanı kök olsun, və bəzi rəvayətlərdə gəlib ki əqəqənin ən yaxşısı kök olanıdır.
Məsələ 395:
Yaxşı olar ki heyvanın ətini doğrayanda sümükləri sındırmasınlar. Və mustəhəbbdir ki o heyvanın dörddə bir hissəsini doğuşu qəbul edən həkimə versinlər, və həmçinin onun hissəsində bud olsun.
Caizdir ki həmin əti həm bişmiş həm də çiy versinlər.
Caizdir ki əti bişirib möminləri dəvət etsin. Və daha yaxşı okar ki onların sayı 10 və daha artıq olsun, yeyib və uşağa dua etsinlər.
Məkruhdur ki o ətdən ata və ya o uşağın ailə başçısı(məsələn baba ya əmi) yesin, məxsusən ana. Ehtiyat mustəhəbbdir ki ana o ətdən yeməsin..
20:05:58
@studentonly:matrix.org@studentonly:matrix.org -Uşaq salmağın(abort) diyəsi :
Ananın qarnındaki uşağa ruh daxil olsa: oğlanın diyəsi 5250 misqal gümüşdur(Ya gümüşun qiymətidir). O da 24360 qramma bərabərdir. Qızın isə deyəsi oğlan diyəsinin yarısıdır..
-Amma ruh daxil olmasa diyəsi : nütfə (sperma) şəkilində olsa 105 misqal gümüş (487,2qram), laxtalanmış qan şəkilində olsa 210 misqal (974,4 qram), ət parçası şəkilində olsa 315 misqal (1461,6 qram), sümükləri əmələ gəlmiş olsa 420 qram (1948,8 qram), və əgər tam şəkildə olsa(tam uşaq şəkilində, sadəcə ruh daxil olmayıb) 525 misqal (2436 qram).
Və diyədən əlavə uşaq salan gərək kəffarə də versin : 2 ay oruc tutsun və 60 fəqirə yemək versin (hərəsinə 1 mud (750 qram) yemək (buğda, düyü, un, çörək kimi))..
Allah bizi bütün pisliklərdən qorusun!
20:06:11
@musavi:matrix.orgmusavi joined the room.21:26:31
25 Dec 2019
@studentonly:matrix.org@studentonly:matrix.org-Uşaq salmağın(abort) diyəsi : Ananın qarnındaki uşağa ruh daxil olsa: oğlanın diyəsi 5250 misqal gümüşdur(Ya gümüşun qiymətidir). O da 24360 qramma bərabərdir. Qızın isə deyəsi oğlan diyəsinin yarısıdır.. -Amma ruh daxil olmasa diyəsi : nütfə (sperma) şəkilində olsa 105 misqal gümüş (487,2qram), laxtalanmış qan şəkilində olsa 210 misqal (974,4 qram), ət parçası şəkilində olsa 315 misqal (1461,6 qram), sümükləri əmələ gəlmiş olsa 420 qram (1948,8 qram), və əgər tam şəkildə olsa(tam uşaq şəkilində, sadəcə ruh daxil olmayıb) 525 misqal (2436 qram). Və diyədən əlavə uşaq salan gərək kəffarə də versin : 2 ay oruc tutsun və 60 fəqirə yemək versin (hərəsinə 1 mud (750 qram) yemək (buğda, düyü, un, çörək kimi)).. Allah bizi bütün pisliklərdən qorusun!02:59:46
@shahin_aliyev_997:matrix.orgshahin_aliyev_997 rejected invite.04:47:42
@ramiz707:matrix.orgramiz707 joined the room.05:14:15
@studentonly:matrix.org@studentonly:matrix.org invited @shahin_aliyev_997:matrix.orgshahin_aliyev_997.08:29:35
@shahin_aliyev_997:matrix.orgshahin_aliyev_997 joined the room.08:51:26
@studentonly:matrix.org@studentonly:matrix.orgchanged room power levels.10:56:54
5 Jan 2020
@ayyub:matrix.orgayyub joined the room.10:18:43
27 Jan 2020
@studentonly:matrix.org@studentonly:matrix.org invited @fn:privacytools.iofn.18:06:38
@fn:privacytools.iofn joined the room.18:07:08
@studentonly:matrix.org@studentonly:matrix.orgchanged room power levels.18:09:18
@studentonly:matrix.org@studentonly:matrix.orgchanged room power levels.18:09:03
29 Jan 2020
@studentonly:matrix.org@studentonly:matrix.org left the room.14:20:26
7 Jul 2020
@sienna249:matrix.org@sienna249:matrix.org joined the room.16:17:46
8 Jul 2020
@sienna249:matrix.org@sienna249:matrix.org left the room.00:40:21
28 Aug 2020
@fn:privacytools.iofn Şeyx Səduq "Uyunu əxbari ər-riza" kitabında nəql edib:Muhəmməd ibn Əli Məciləvəyh Allah ondan razı olsun bizə nəql edib dedi:Əli ibn İbrahim ibn Haşim atasından, o da Ər-rayyən ibn Şəbibdən nəql etdi. Ər-rayyən ibn Şəbib dedi:Muhərrəm ayın ilk günündə Rza əleyhissəlam - ın yanına daxil oldum. Və o dedi:Yəbnə Şəbib, orucsanmı?Dedim: Xeyir.Sonra dedi (əleyhissəlam):Bugün həmin gündür ki Zəkəriyyə əleyhissəlam öz rəbbinə, əzzə və cəllə, dua edərkən deyib:(Rəbbim, mənə pak zurriyət (nəsli davam edən övlad) əta et. Həqiqətən sən duanı eşidənsən)Allah bunun duasını mustəcab edib mələklərə əmr etdi və onlar Zəkəriyəni xitab etdilər: (Allah sənə Yəhyə ilə mücdə verir (Zəkəriyya isə mehrabda durub namaz halında idi).Kim bugünü oruc tutub Allaha dua etsə Zəkəriya üçün mustəcab etdiyi kimi həmin adam üçün də mustəcab edər.Sonra dedi: Yəbnə Şəbib, Muhərrəm ayın hörmətinə xatir cahiliyyat əhli həmin ayda zülmü və döyüşü haram edirdilər.Amma bu ümmət nə bu ayın hörmətini tanıdı, nə də peyğəmpərlərinin hörmətini...Peyğəmbərin zurriyəsini öldürdülər, qadınlarını əsir etdilər, malını mənimsədilər. Allah onu onları bağışlamasın.Yəbnə Şəbib, əgər bir şey üçün ağlasan Hüseyn ibni Əli ibni əbi Talib üçün ağla (əleyhimussəlam).O (imam Hüseyn) qoyun kəsildiyi kimi öldürülüb. Və əhli beytindən onunla birlikdə yer üzündə oxşarı olmayan 18 kişi öldürüldü.Onun qətlinə görə yer və göyün yeddi qatı ağlamışdır. Həmin vaxt dörd min mələk ona kömək etmək üçün yerə enmişdir. Lakin onlara izn verilmədi.Həmin mələklər Qaim əleyhissəlamın zuhuruna qədər qəbrinin yanında saçları dağınıq, toz-torpaqlı halda (dayanacaqlar). Zuhurundan sonra onun köməkçilərindən olacaqlar.Onların şüarı: Ey Hüseynin qan qisasını alanlar.Yəbnə Şəbub, mənə nəql edib atam, o da atasından, o da babasından əleyhimussəlam, ki o an ki babam Hüseyn öldürüldü göydən qan və torpaq yağışı yağdı.Yəbnə Şəbib, əgər göz yaşın yanağlarına axana qədər Hüseynə ağlasan Allah sənin bütün günah etdiyin günahlarını bağışlayar, kiçik olsun ya böyük, az olsun ya çox.Yəbnə Şəbib, əgər istəyirsənsə Allahın görüşünə günahsız gedəsən Hüsyn əleyhissəlamı ziyarət et.Yəbnə Şəbib, əgər istəyirsənsə cənnətdəki otağlara peyğəmbərlə birlikdə sakin olasan Hüseynin qatillərini lənətlə.
Yəbnə Şəbib, əgər istəyirsənsə Hüseynlə şəhid olanların savabı qədər savabın olsun onu yada salarkən de: ليتنى كنت معهم فافوز فوزا عظيما Kaş ki sizinlə olub əzəmətli müvəffəqiyyəti əldə edərdim.Yəbnə Şəbib, əgər istəyirsən bizimlə birlikdə cənnətin ali dərəcələrində olasan bizim hüznümüzlə hüzn et, bizim sevincimizlə sevin.Sənə vilayətimizi tapşırıram. Əgər bir kişi daş sevsə Allah əzzə və cəllə qiyamət günü onu o daşla məhşur edəcək.
12:46:27
24 Sep 2020
Jitsi widget added by @fn:privacytools.iofn12:30:05
Jitsi widget removed by @fn:privacytools.iofn12:30:23
@fn:privacytools.iofn Tövbə nədir? Tövbənin həqiqəti - insanın etdiyin günahlardan peşman olmasıdır. Və ona görə deyilib, ki peşmançılıq tövbədir. Və məlumdur ki peçmançılığın tələb etdiyi işlərdən insanın günahı tərk etməsinə əzm göstərməsi və həmin günahlara qayıtmamasıdır. Necə ki həqiqətən peşman olan adam bundan çıxan işlərin islah etməsinə səy göstərir. Əgər həmin işlər Allah təalanın hüquqlarından olsa Allahdan bağışlama və əfv olunmasını istəməlidir. Və insanın boş "Əstəğfirullah" sözü tövbə deyil. Əksinə, bununla bərabər etdiyi günahlardan peşman olması və onlara qayıtmamaq əzmin olması və imkan olduğu sürətdə bundan çıxan işlərin islah etməsinə dair qərarlı olması vacibdir. Və gərək günahkar Allah təalanın rəhmətindən məyyus olmasın. Və bilsin ki həqiqətən Allah kərimdir, rahimdir, tövbə edənləri və özlərini pak edənləri sevir. Əl-Əyyaşi öz təfsirində imam Sadiqdən (əleyhissəlam) zikr edib ki imam deyib: Bir saat təfəkkür etmək bir il ibadətdən xeyirlidir, və o şeylərdən ki günahın tərk etməsinə təsir göstərir: Xaliqin əzəmətində və əzəmətli haqqında , onun hazır, nazir və hər şeyə əhatə etmiş olması barədə təfəkkür etməkdir. Nəhcul-bəlağə-də əmirəlmöminindən (əleyhissəlam): Xəlvətdə olan Allahın günahlarından qorxun, çünki şahid olan elə hökm edəndir. 12:32:04
@fn:privacytools.iofn

Sual: Həddi buluğun əlamətləri hansılardır? Cavab: Həddi-büluğun əlamətləri Məsələ 1. Qızlar üçün həddi-büluğun əlaməti qəməri (sinodik, ay) təqvimi ilə 9 yaşın tamam olmasıdır(4). Oğlanların həddi-büluğa çatmasının əlaməti isə aşağıdakı dördş eydənbiridir:

  1. qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması;
  2. üzdə və dodağın üstündə sərt tüklərin çıxması;
  3. istər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı;
  4. qəməri təqvimlə 15 yaşın tamam olması. Sadalanan əlamətlərin hər biri insanın həddi-büluğa və eləcə də təklif həddinə çatmasının əlamətidir və həmin andan etibarən təklifin digər şərtləri də mövcud olduğu təqdirdə bütün ilahi göstərişlərin icrası insana vacibdir. Qız həddi-büluğa oğlandan bir neçə il tez çatdığına görə qadının mükəlləfiyyətə daha öncə qədəm qoyması onun Allahla ünsiyyətə və kamala doğru hərəkətə daha sürətli hazırlığından xəbər verir. Məsələ 2. Oğlanlarda sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxması, səsin qalınlaşması və s. həddi-büluğ əlaməti deyildir.

Qeyd: 4) Deyilənə əsasən, qəməri təqvimlə təvəllüd tarixi bəlli olmayan, ancaq miladi təqvimlə təvəllüd tarixi məlum olan qızlar, yaxud oğlanlar miladi təqvimi qəməri təqvimə çevirmək istədikdə öncə qızlar miladi təqvimlə 9, oğlanlar isə 15 yaşlarının tamam olduğu günü müəyyən etməli, sonra həmin tarixi qızlar 97, oğlanlar isə 162 gün geriyə çəkməlidirlər. Bu qayda ilə onların qəməri təqvimlə 9, yaxud 15 yaşlarının tmam olduğu gün müəyyən edilir. yaşın tamam olduğu gündən 97 gün çıxmalıdırlar. Məsələn, 2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir qız 2009-cu il 1 yanvar tarixində miladi təqvimlə 9 yaşını tamamlayır və o, 2008-ci il 26 sentyabr tarixindən etibarən həddi-büluğa çatmış sayılır. 2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir oğlan 2015-cu il 1 yanvar tarixində miladi təqvimlə 15 yaşını tamamlayır və o, 2014-ci il 23 iyul tarixindən etibarən həddi-büluğa çatmış sayılır. Qeyd etmək lazımdır ki, müxtəlif coğrafi mövqelərin mövcudluğu və ayların günlərinin sayının eyni olmaması səbəbi ilə bəzən bu hesablamanın 1-2 gün xətalı (-+) olması mümkündür. Buna görə bu hesablama xüsusunda iki gün həddində ehtiyata riayət etmək və hesablamanın daha dəqiq olması üçün hər bir vəziyyətdə ayrıca hesablama aparmaq lazımdır.

12:32:26
@fn:privacytools.iofn -Uşaq salmağın(abort) diyəsi : Ananın qarnındaki uşağa ruh daxil olsa: oğlanın diyəsi 5250 misqal gümüşdur(Ya gümüşun qiymətidir). O da 24360 qramma bərabərdir. Qızın isə deyəsi oğlan diyəsinin yarısıdır.. -Amma ruh daxil olmasa diyəsi : nütfə (sperma) şəkilində olsa 105 misqal gümüş (487,2qram), laxtalanmış qan şəkilində olsa 210 misqal (974,4 qram), ət parçası şəkilində olsa 315 misqal (1461,6 qram), sümükləri əmələ gəlmiş olsa 420 qram (1948,8 qram), və əgər tam şəkildə olsa(tam uşaq şəkilində, sadəcə ruh daxil olmayıb) 525 misqal (2436 qram). Və diyədən əlavə uşaq salan gərək kəffarə də versin : Bilərək uşağı salan halda: Qul azad etmək əvəzinə tövbə etsin, 2 ay oruc tutsun və 60 fəqirə yemək versin (hərəsinə 1 mud (750 qram) yemək (buğda, düyü, un, çörək kimi)). Xəta olaraq olan halda: 2 ay oruc tutsun. Əgər bunu etməyə imkanı olmasa 60 fəqirə yemək versin (hərəsinə 1 mud (750 qram) yemək (buğda, düyü, un, çörək kimi). Allah bizi bütün pisliklərdən qorusun! 12:32:36
@fn:privacytools.iofn

Sual: Valideyinlər əmr etdikləri halda onlara itaət vacibdirmi? Cavab: İtaət etmək özü özlüyündə vacib deyil. Lakin:

  • əgər valideyin bir işdən qadağa etsə, və bu iş onların narahatçılığına səbəb olsa, və həmin narahatçılıq səni sevib sənə yaxşılıq etmək, səni qorumaq üçün olsa, bu sürətdə caiz deyil muxalıfət edəsən. Əks halda eybi yoxdur.
  • valideynlərinin üzünə ağ olmaq da böyük günahlardandır - O iş, uşağına etdikləri yaxşılığlarına qarşı nankorluq sayılan (camaat arasında) hər hansı bir davranışdır. Allah təala buyurub: Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.» Isra 23.

Imam Sadiq buyurub: Uf demək valideyin üzünə ağ olmağın ən kiçiyidir. Və əgər Allah əzzə və cəllə ondan da yüngül şey bilsəydi ondan nəhy edərdi.

12:32:46

Show newer messages


Back to Room ListRoom Version: 5