!zBaCXLuvDyrCZzvViK:matrix.org

Mübtəla olan şəriət məsələləri

9 Members
3 Servers

Load older messages


SenderMessageTime
14 Jan 2022
@sheyx:matrix.org@sheyx:matrix.org Məsələ 28: Əgər iki nəfər müctəhidin fətvasını bir-birinə zidd şəkildə nəql etsə, onlardan birinin sözündən, cəm sübutları (ehtimallar) əsasında, əsl fətva olmasına dair itminan (arxayınlıq) hasil olsa işkal yoxdur. Əks halda (itminan hasil olmasa) fətvanı mütəhiddən öyrənmək mümkün olmadıqda ehtiyat etmək lazımdır və ya digər ələm muctəhidə muraciət etmək, ya fətva öyrənənə qədər həmin işi gecikdirmək. 04:05:56
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: İsrailin dəstəklənməsi üçün mənfəətlərinin bir hissəsini ayıran mağazalarda satmaq və satın almaq icazəlidirmi?
Cavab: İsrail məhsulları və İsrailə dəstək etməsi dəqiq sübut olmuş şirkətlərin məhsullarının alqı-satqısı icazəli deyil.
04:06:15
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** İsrailin dəstəklənməsi üçün mənfəətlərinin bir hissəsini ayıran mağazalarda satmaq və satın almaq icazəlidirmi? **Cavab:** İsrail məhsulları və İsrailə dəstək etməsi dəqiq sübut olmuş şirkətlərin məhsullarının alqı-satqısı icazəli deyil.04:06:28
@sheyx:matrix.org@sheyx:matrix.org

Sual: Gecə namazı necə qılınır?
Cavab: Gecə namazı belə qılınır:

  1. Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
  2. Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
  3. Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin : ”Allahumməğfirli filan...”. (Flan əvəzinə möminlərin adlarını demək lazımdır) Daha sonra öz istəyini Allah-taaladan istəsin və sonra yetmiş dəfə “əstəğfirullahi rəbbi və ətubu iləyh” desin.
    Sonra da yeddi dəfə “Haza məqamul-aizi bikə minənnar” desin.
    Daha sonra 300 dəfə “əl-əfv” desin.
    Sonra rüku və səcdələr yerinə yetirilir və namaz tamam olur.
04:07:03
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Zina ilə məşhur olanın tərifi nədir?
Cavab: O kəsdir ki hər bir vaxt zinaya hazır olduğunu bildirir.
04:07:36
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Naməhrəm qadına salam verməyin məkruh olması sabit olub?
Cavab: Məkruhdur. Məgər ki ortada bir şey (bərabər və ya üstünlük təşkil etmək cəhətdən) olsun salam verməyi tələb etsin.
04:09:05
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Hansı halda əqd oxunarkən qızın atasından və ya ata babasından icazə almaq lazım deyil?
Cavab: 1. Əgər qadın boşanmış olsa.
2. Qadın müsəlman amma ata və baba kafir olsa. Və ya dəli olsalar.
3. Əgər ata və baba qadağan etsələr ki öz yaşayışında müstəqil olan qız özünə hər cəhətdən həmtay( dini, ictimai və sair. .. cəhətlərdən ) oğlanla evlənsin bu halda onların izni qüvvədən düşür.
4. Əgər onlardan heç cür izn almaq mümkün olmasa( məsələn onların uzaq olması səbəbiylə) və qızın da həmin zaman evlənməyə şiddətli ehtiyacı olsa.
5. Ya da ata və baba qızın evlənmə işindən vaz keçsələr( evlənmək işi nə qarışmasalar heç cür) ...
04:09:36
@sheyx:matrix.org@sheyx:matrix.orgRedacted or Malformed Event04:10:26
@sheyx:matrix.org@sheyx:matrix.orghttps://telegra.ph/B%C9%99zi-namaz-t%C9%99qibatlar%C4%B1-09-0404:10:57
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Bankdan kredit borc götürməyin hökmü nədir?
Cavab: Sərmayələri müsəlmanlara aid olan banklar haqqında:
Bank dövlət bankı yaxud müştərək bankıdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə (şərtlərinə) iltizamlı olmalısınız (sadiq qalmalısınız). Əgər səhih əqd əsasında olmasa, pulu məchulul-malik (sahibi məlum olmayan) niyyətinə alıb, sonra Həzrət Ayətullahın icazəsi ilə borc kimi özünüzə götürə bilər və onu borc (kredit) qanunlarına uyğun olaraq sizə verilən istiqamətdə (nə üçün verilmişdirsə, o yolda) xərcləyə bilərsiniz.
Bank xüsusi bankdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə iltizamlı olmalısınız. Səhih əqd şəklində olmasa, borc almaq icazəli deyil.
Sərmayələri qeyri-müsəlmanlara aid olan banklar və müəssisələr haqqında:
Onlardan əlavə faiz ödəmək şərti ilə borc pul almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc niyyəti olmadan bankdan alıb şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan istifadə etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsəniz belə .
04:11:39
@sheyx:matrix.org@sheyx:matrix.org

#imam Hüseyn üçün ağlamaq

Şeyx Səduq "Uyunu əxbari ər-riza" kitabında nəql edib:
Muhəmməd ibn Əli Məciləvəyh Allah ondan razı olsun bizə nəql edib dedi:
Əli ibn İbrahim ibn Haşim atasından, o da Ər-rayyən ibn Şəbibdən nəql etdi. Ər-rayyən ibn Şəbib dedi:
Muhərrəm ayın ilk günündə Rza əleyhissəlam - ın yanına daxil oldum. Və o dedi:
Yəbnə Şəbib, orucsanmı?
Dedim: Xeyir.
Sonra dedi (əleyhissəlam):
Bugün həmin gündür ki Zəkəriyyə əleyhissəlam öz rəbbinə, əzzə və cəllə, dua edərkən deyib:
(Rəbbim, mənə pak zurriyət (nəsli davam edən övlad) əta et. Həqiqətən sən duanı eşidənsən)
Allah bunun duasını mustəcab edib mələklərə əmr etdi və onlar Zəkəriyəni xitab etdilər: (Allah sənə Yəhyə ilə mücdə verir (Zəkəriyya isə mehrabda durub namaz halında idi).
Kim bugünü oruc tutub Allaha dua etsə Zəkəriya üçün mustəcab etdiyi kimi həmin adam üçün də mustəcab edər.
Sonra dedi: Yəbnə Şəbib, Muhərrəm ayın hörmətinə xatir cahiliyyat əhli həmin ayda zülmü və döyüşü haram edirdilər.
Amma bu ümmət nə bu ayın hörmətini tanıdı, nə də peyğəmpərlərinin hörmətini...
Peyğəmbərin zurriyəsini öldürdülər, qadınlarını əsir etdilər, malını mənimsədilər. Allah onu onlara bağışlamasın.
Yəbnə Şəbib, əgər bir şey üçün ağlasan Hüseyn ibni Əli ibni əbi Talib üçün ağla (əleyhimussəlam).
O (imam Hüseyn) qoyun kəsildiyi kimi öldürülüb. Və əhli beytindən onunla birlikdə yer üzündə oxşarı olmayan 18 kişi öldürüldü.
Onun qətlinə görə yer və göyün yeddi qatı ağlamışdır. Həmin vaxt dörd min mələk ona kömək etmək üçün yerə enmişdir. Lakin onlara izn verilmədi.
Həmin mələklər Qaim əleyhissəlamın zuhuruna qədər qəbrinin yanında saçları dağınıq, toz-torpaqlı halda (dayanacaqlar). Zuhurundan sonra onun köməkçilərindən olacaqlar.
Onların şüarı: Ey Hüseynin qan qisasını alanlar.
Yəbnə Şəbib, mənə nəql edib atam, o da atasından, o da babasından əleyhimussəlam, ki o an ki babam Hüseyn öldürüldü göydən qan və torpaq yağışı yağdı.
Yəbnə Şəbib, əgər göz yaşın yanağlarına axana qədər Hüseynə ağlasan Allah sənin bütün günah etdiyin günahlarını bağışlayar, kiçik olsun ya böyük, az olsun ya çox.
Yəbnə Şəbib, əgər istəyirsənsə Allahın görüşünə günahsız gedəsən Hüseyn əleyhissəlamı ziyarət et.
Yəbnə Şəbib, əgər istəyirsənsə cənnətdəki otağlara peyğəmbərlə birlikdə sakin olasan Hüseynin qatillərini lənətlə.
Yəbnə Şəbib, əgər istəyirsənsə Hüseynlə şəhid olanların savabı qədər savabın olsun onu yada salarkən de, (Ləytəni kuntu məəkum fə əfuzu fəuzən əzimə)
ليتنى كنت معهم فافوز فوزا عظيما
Kaş ki sizinlə olub əzəmətli uğur əldə edərdim.
Yəbnə Şəbib, əgər istəyirsən bizimlə birlikdə cənnətin ali dərəcələrində olasan bizim hüznümüzlə hüzn et, bizim sevincimizlə sevin.
Sənə vilayətimizi tapşırıram. Əgər bir kişi daş sevsə Allah əzzə və cəllə qiyamət günü onu o daşla məhşur edəcək.

04:12:20
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: İctimai şəbəkələrdə qızların naməhrəm oğlanlarla heç bir günah məqsədi olmadan elmi və ictimai söhbətlər etməsinin hökmü nədir?
Cavab: Belə münasibətlər – tədricən də olsa - günaha düşmək təhlükəsi ilə yanaşı olsa, icazəli deyil. Həmçinin zarafat etmək, qeyri-əxlaqi və sevgi-məhəbbət söhbətlərinə daxil olmaq haramdır.
04:12:56
@sheyx:matrix.org@sheyx:matrix.org

Qədir-Xum gününün müstəhəb əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”.

İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Qədir günündə qüsl almaq(rəca niyyətə ilə), təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

04:13:11
@sheyx:matrix.org@sheyx:matrix.org

Mizanul-Hikmət kitabında imam Əli əleyhissəlamdan nəql olunur:
Kiçik ikən öyrənməyən böydükdə qabağa gedə bilməz.

Həmçinin nəql olunur:
Kiçik ikən nəfsi ilə mubarizə etməyən böydükdə nəcib (nəcabətli, alicənab) ola bilməz.

04:13:25
@sheyx:matrix.org@sheyx:matrix.org

Mustəhəbb qurbanın hökmləri:

  1. Qurban kəsməyə imkanı olan üçün qurbanlıq heyvan kəsmək tə'kidli mustəhəbbdir, və o kəsin ki onu almağa imkanı var amma heyvan tapa bilmir mustəhəbbdir ki onun qiymətini sədəqə versin. Əgər qiymətlər müxtəlif olsa ən az qiyməti götürüb sədəqə vermək kifayətdir.
  2. Caizdir ki insan özünün və ailəsinin adından bir heyvan kəssin, həmçinin caizdir ki bir heyvanı bir neçə adamla bir yerdə kəssin,məxsusən əgər heyvan qıtlığı olsa və qiyməti baha olsa.
  3. Qurban kəsmək üçün ən fəzilətli vaxt gün çıxandan sonra və bayram namazının vaxtı keçən vaxtdan sonra başlayır və Minada 4 gün (başqa yerlərdə 3 gün) davam edir. Amma yaxşı olar ki Minada birinci 3 gündə kəsilsin, digər yerlərdə isə bayram günü.
  4. Gərəkdir ki qurban dəvə, inek (ya camış) və ya qoyun (ya keçi) olsun. Və ehtiyat vacib budur ki dəvə ən azı 5 yaşlı, inək ən azı 2 yaşlı, qoyun isə ən azı 7 aylıq olsun.
  5. Vacib qurbanda olan şərtlər mustəhəbb qurbana aid deyil. Ona görə də caizdir ki kör, ayağı əyri, qulaqları kəsik , quyruğu kəsik və bunun kimi əyibi olan heyvanı qurban kəssin. Amma yaxşı olar ki sağlam, nöqsanı olmayan, kök heyvan kəssin. Və məkruhdur ki özü tərbiyə etdiyi heyvanı kəssin.
  6. Qurban kəsən adam heyvanın üçdə bir hissəsini özünə götürə ya ailəsinə yedizdirə bilər, həmçinin caizdir ki digər üçdə bir hissəsini istədiyi möminə hədiyyə etsin, və yaxşı olar ki obiri üçdə bir hissəsini müsəlman fəqirlərə sədəqə versin.
  7. Qurbanın cildini (dərisini) sədəqə vermək mustəhəbbdir, onu heyvanı kəsənə muzd olaraq vermək məkruhdur, və caizdir ki onu səccadə(namaz üçün istifadə olunan xalça və buna bənzər şeylər) qərar versin və ya onunla ev avadanlıq alsın.
    8)Qurbanlıq əqiqə əvəzinə kifayətdir. Buna görə da kimin əvəzinə qurban kəsilsə əqiqə əvəzinə kifayətdir.
04:13:46
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Məğrib və işa namazları vaxtı nə vaxta qədər davam edir?
Cavab: Məsələ 889. Asudəlikdə olan (zərurət halları ilə qarşılaşmayan) insan üçün məğrib və işa namazlarının vaxtı gecə yarısına, zərurət halları ilə qarşılaşan, yəni unutqanlıq, yatıb qalmaq, heyz və s. bu qəbildən olan səbəblərdən dolayı namazı gecə yarısından öncə qılmayan insan üçün məğrib və işa namazlarının vaxtı fəcrin tülusuna (dan vaxtına) qədərdir. Lakin hər iki vəziyyətdə diqqətli ikən, unutqanlığa yol verilmədiyi hallarda məğrib və işa namazları arasında ardıcıllığa riayət etmək şərtdir, yəni öncə məğrib, sonra işa namazı qılınmalıdır və əgər qəsdən işa namazı məğrib namazından öncə qılınarsa, batildir. Yalnız vaxtın başa çatmasına işa namazının qılınması üçün tələb olunan müddətdən artıq qalmadığı halda istisna olaraq işa namazını məğrib namazından əvvəl qılmalıdır.
04:14:13
@sheyx:matrix.org@sheyx:matrix.org

Sual: Naməhrəm olan yerdə qadın səsli namazlarını səssiz qılmalıdır?
Cavab: Məsələ 1174. Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini ucadan və ya asta səslə oxuya bilər. Lakin əgər namhərəm onun səsini eşidərsə və səsini naməhrəmə eşitdirməyin haram olduğu bir vəziyyət(5) yaranarsa, asta səslə oxumalıdır və əgər bu halda qəsdən ucadan oxuyarsa, vacib ehtiyata əsasən, namazı batildir.

  1. Məsələn, qadının namazının qiraətini dinləyici üçün adətən təhrikedici sayılacaq şəkildə incə səslə oxuması kimi.
04:14:38
@sheyx:matrix.org@sheyx:matrix.orghttps://telegra.ph/Allahın-99-adı-Qısa-şərh-05-3004:15:02
@sheyx:matrix.org@sheyx:matrix.org Sual:
Orucu tutmamağa səbəb olan xəstəliyin zərər nə dərəcədə olmalıdır?
Cavab:
Oruc tutsa ya xəstələnəcək, ya xəstəliyi ağırlaşacaq, ya xəstəliyi daha çox ağrı verəcək, ya xəstəliyin sağalması uzanacaq.
Bunlar hamısı ürfdə etimad olan həddə olsa. Amma etimad verilməsə, məsələn qrip, soyuqdeymə və bunlar kimi xəstəliklərdə, oruc tutmalıdır.
04:15:38
@sheyx:matrix.org@sheyx:matrix.org Məsələ 2088. Əmizdirən və südü az olan qadın, istər uşağın doğma anası, yaxud dayəsi olsun, istərsə təmənnasız süd versin, oruc onun özü, yaxud süd verdiyi körpə üçün zərərli olduğu təqdirdə oruc tutması vacib deyil, hətta haram zərər(cana qəsd) hallarında oruc tutmamalıdır və hər gün müqabilində bir yoxsula bir müdd təam verməlidir. Hər iki halda tutmadığı orucların daha sonra qəzasını tutmalıdır və o, südvermə səbəbi ilə orucun qəzasını tutmaqdan azad edilmir.
Qeyd etmək lazımdır ki, vacib ehtiyata əsasən, bu hökm uşağın əmizdirilməsi üçün başqa bir yol olmadığı hallara aiddir. Ancaq əgər uşağa süd vermək üçün başqa bir yol vardırsa, məsələn, uşağa bir neçə qadının birlikdə süd verməsi, yaxud quru süd kimi qida əvəzedicilərindən istifadə etmək mümkündürsə, vacib ehtiyata əsasən, belə qadının oruc tutmaması caiz deyil
04:15:59
@sheyx:matrix.org@sheyx:matrix.org

Orucu batil edən işlər
Məsələ 1950. Bir neçə şey orucu batil edir:

  1. Yemək və içmək;
  2. cinsi əlaqə;
  3. istimna (masturbasiya, onanizm), yəni kişinin təkbaşına, yaxud başqasının köməyi ilə cinsi əlaqədə olmadan sperma ifrazına səbəb olan bir iş görməsi; bu hərəkətin qadınlar tərəfindən yerinə yetirilməsi xüsusunda 417-ci məsələdə verilən şərh nəzərə alınmalıdır;
  4. vacib ehtiyata əsasən, uca Allah, İslam peyğəmbəri (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad etmək (onların adından yalan danışmaq);
  5. vacib ehtiyata əsasən, qatı tozu (ya qatı tüstünü) udmaq;
  6. sübhədək bilərək cənabətli qalmaq;
  7. qadının sübhədək heyz, yaxud nifas halında qalması;
  8. maye ilə imalə etmək;
  9. qəsdən qusmaq.
04:16:15
@sheyx:matrix.org@sheyx:matrix.org

**Sual: **

  1. Ramazan ayı üçün zikr olunan bütün qüsüllar sabitdir?
  2. Bu qüsllər dəstəmazı əvəz edir?

Cavab:

  1. Xeyir. Ancaq 1-ci, 17-ci, 19-cü, 21-ci, 23-cü və 24-cü gecələrdə alınan qüsl sabitdir.
  2. Sabit olan qüsllərdən olsa dəstəmaza ehtiyac yoxdur. Amma qalan qüsllər rəca niyyəti ilə almaq caiz olsa belə dəstəmazı əvəz etmir.
04:16:47
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** 1. Ramazan ayı üçün zikr olunan bütün qüsüllar sabitdir? 2. Bu qüsllər dəstəmazı əvəz edir? **Cavab:** 1. Xeyir. Ancaq 1-ci, 17-ci, 19-cü, 21-ci, 23-cü və 24-cü gecələrdə alınan qüsl sabitdir. 2. Sabit olan qüsllərdən olsa dəstəmaza ehtiyac yoxdur. Amma qalan qüsllər rəca niyyəti ilə almaq caiz olsa belə dəstəmazı əvəz etmir.04:17:04
@sheyx:matrix.org@sheyx:matrix.org

Məsələ 2591: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:

  1. Qan.
  2. Fəzlə.
  3. Erkək heyvanın cinsiyyət üzvü.
  4. Dişi heyvanın cinsiyyət üzvü.
  5. Balalıq.
  6. “Duşul” adlanan vəzlər; (artıq ətlər.)
  7. Erkəklik yumurtaları, (xayalar.)
  8. Başın beyin nahiyəsində olan noxud ölçüsündə toxum.
  9. Onurğa sütunun içində olan haram ilik.
  10. Ehtiyat-vacibə əsasən, onurğa sütunun iki tərəfində olan piy.
  11. Öd kisəsi.
  12. Dalaq.
  13. Sidik kisəsi.
  14. Göz bəbəyi.
    Bunların hamısı quş, balıq və çəyirtkə olmayan, əti halal heyvanlarda haram olan üzvlərdir. Quşlara gəlincə isə onların qan və ğaiti şübhəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması ehtiyat-vacibə əsasəndir. Həmçinin ehtiyat-vacibə əsasən balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü daşıyır. Bunlardan başqa şeylər onlarda haram deyil.
04:17:24
@sheyx:matrix.org@sheyx:matrix.org

Bismilləhir-rahmənir-rahim

Şəban ayının 15-ci gecəsinin bəzi əməlləri:

  • ihya (oyaq qalıb ibadətlə məşqul olmaq. Ibadət dedikdə Allaha xatir yerinə yetirilən hər hansı bir iş nəzərdə tutulur. Elmi mübahisə də ola bilər. Bəzən bu mübahisə daha məsləhətli olur.),
  • İstiğfar etmək,
    -İmam Hüseyn-i (əleyhissəlam) ziyarət etmək,
  • Kumeyl duası ilı dua etmək,
  • Qüsl almaq. Lakin müstəhəbb olması sabit olmadığına görə rəca niyyəti ilə yerinə yetirilməlidir.
  • Cəfər Əttayyər-ın namazını qılmaq.

Cəfər – Təyyar” namazının qılınma qaydası:
Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki-iki qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə "Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) deyilir. Rukuda, rukunun zikri deyildikdən sonar on dəfə "Təsbihati-ərbəə” oxunur. Rukudan qalxıb səcdəyə getməmişdən əvvəl qiyam halında yenə də on dəfə "Təsbihati-ərbəə” deyilir. Sonra hər iki səcdədə, iki səcdə arasında və ikinci səcdədən sonra ayağa qalxmamışdan əvvəl on dəfə eyni zikr oxunur. Digər rəkətlər də eyni şəkildə qılınır.

04:17:46
@sheyx:matrix.org@sheyx:matrix.org Şəban ayının bəzi əməlləri:
-Hər gün 70 dəfə:“Əstəğfirullahə və əs’əluhut təubəh”(Allahdah bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram) zikrini demək.
-Bu bir ay ərzində 1000 dəfə: “Lə ilahə illəllah və la nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (Allahdan başqa tanrı yoxdur,müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək Ona ibadət edirik) zikrini demək. Bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə 1000 ilin ibadəti yazılar.
-Bu ayın hər cümə axşamı günü 2 rükətli namaz qılınır, hər 2 rükətdə “Fatihə”dən sonra 100 dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyilir. Allah Təala belə bir namazı qılan bəndənin din və dünya barəsindəki hacətini ona əta edər. Bu günlərdə oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, Şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər ”İlahi! Bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.
-Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şəban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.
-Bu ayda çoxlu salavat – “Əllahummə salli alə Muhəmmədin və ali-Muhəmməd” demək fəzilətlidir.
-Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə “Fatihə”, 11 dəfə “İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir.
04:18:17
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Namazın niyyətini necə etmək lazımdır?
**Cavab: **
Məsələ 1126. İnsan namazı qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə, yəni uca Allahın qarşısında öz acizliyini və bəndəliyini izhar etmək üçün qılmalıdır və niyyəti qəlbindən keçirməsi (daxili nitqlə), yaxud misal olaraq: “Qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) dörd rükət zöhr namazı qılıram”, - deməsi (xarici nitqlə) lazım deyil.
04:18:42
@sheyx:matrix.org@sheyx:matrix.org* **Sual:** Namazın niyyətini necə etmək lazımdır? **Cavab:** Məsələ 1126. İnsan namazı qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə, yəni uca Allahın qarşısında öz acizliyini və bəndəliyini izhar etmək üçün qılmalıdır və niyyəti qəlbindən keçirməsi (daxili nitqlə), yaxud misal olaraq: “Qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün) dörd rükət zöhr namazı qılıram”, - deməsi (xarici nitqlə) lazım deyil.04:18:55
@sheyx:matrix.org@sheyx:matrix.org Sual: Başa məsh edəndə əldə olan nəmliyi başın dərisinə çatdırmaq vacibdir?
Cavab:
Məsələ 271. Başın məshinin onun dərisinin səthinə edilməsi vacib deyil, başın ön hissəsindəki saç tüklərinin üzərinə edilməsi də doğrudur. Lakin əgər bir insanın saçı uzun olub daradıqda üzünə tökülürsə, yaxud başının digər hissələrinə çatırsa, saçının daradıqdan sonra başın ön hissəsindən kənara çıxmayan hissəsinə məsh etməlidir. Həmçinin, saçlarını təpə hissəsindən ayıraraq tüklərin kökünə, yaxud başın dərisinə məsh edə bilər. Əgər üzə tökülən, yaxud başın digər hissəsinin üzərinə düşən tükləri başın ön hissəsinə toplayaraq onların üzərinə məsh edərsə, yaxud başın digər hissələrinin onun ön hissəsinin üzərinə düşən tüklərinə məsh edərsə, bu şəkildə məsh batildir.
04:19:41
@sheyx:matrix.org@sheyx:matrix.orgDownload Başa məsh edəndə əldə olan nəmliyi başın dərisinə çatdırmaq vacibdir.ogg04:21:44

Show newer messages


Back to Room ListRoom Version: 5